Bugün dostumuz İsa müəllimin dəvəti ilə
Qafqaz Universitetinin bazasında olan Texnoparkla tanışlığa getmişdim. Dostlar
bilir ki, mənim Qafqaz Universiteti haqqında məlumatım çox azdır və özüm üçündə
bu ali məktəbə getmək maraqlı edi. Əzizlərim… gördüklərim məni sadəcə valeh etdi.
Birincisi qeyd etməliyəm ki, İsa
müəllimin işinə olan sevgisi hər addımda hiss edilirdi. İstər Texnopark
haqqında sevə-sevə danışması, istrə Qafqaz Universitetinin maddi-texniki tədris
bazası ilə məni tanış etməyi, istərsədə müşahidə etdiyim Universitet daxili
mehribançılığı super edi. Bu sübüt edir ki, bu Universitetin ən güclü tərəfi
məmnun personaldır. Biz bir neçə dəfə Sizinlə söhbət etmişik ki, güclü brend
ilk növbədə müştəri məmnunluğundan başlayır. Müştərini məmnun etmək üçün isə,
personal məmnun olmalıdır. Qafqaz Universitetində personal məmnun edi.
İkincisi Universitetdə tələbə-müəllim
münasibətləri tamamiylə fərqli və əslində olması lazım olan formada edi. Mənim
yanımda Ali məktəbdə dərs deyən müəllimlər var edi. Tələbələr müəllimlər,
müəllimlərin tələbələrlə adi salamlaması belə vəziyyətin necə pozitiv, necə
yaxşı olduğun bariz nümünəsi edi. Bu məni çox sevindirdi. Bu mənə Avropa təhsil
av-havasını xatırlatdı. Hər şey super edi! Universitetdə güclü idealoji baza
mövcuddur.
Üçuncüsü ali məktəbin daxilində olan çox
saylə tikililər, sistematik, təhsilə yönəli quruluş Qafqazın əsas
üstünlüklərindəndir. Ali məktəbin istər ərazisinin genişliyi, istərsədə içəridə
tikilmiş və tikilməkdə olan inşaatlar Universitetin dahada güclü bazaya sahib
olacağından xəbər verirdi. Tikinti olan yerdə, inkişaf olur. İnkişaf olan yerdə
isə gənclik.
Dördüncüsü, əslində mənim üçün ən
vaciblərdən biri Universitetin praktik bazası edi. Qafqaz Universitetində istər
Azercell yaratdığı tədris otağı, istər BP-in kimya laboratoriyası, istərsədə
yaxın dostumuz FAB boyalarının sponsorluğu ilə yaradılan otaq məni çox
sevindirdi. Bu o deməkdir ki, Universitet şirkətlərlə (bizneslə) əlaqələrini
düzgün qura bilib. Bu əladır.
Qafqaz Universiteti Azərbaycanda xaricə
tələbə göndərməkdə birinci yerdə olması əslində təsadüfi deyil. Universitetdə
xarici dil öyrənmək üçün butün şərait var. Həmçinin yuxarıda göstərdiyimiz
səbəbləri tələbələrə daha çox oxumaq üçün motivasiya verir. Qafqazda tədris
proqramları elanlarının sayı hesabı yox edi.
Mən Qafqaz Universitetində yaranmış
Texnopark layihəsinin inkişafına çox inanıram. İnanıram ki, tezliklə Qafqaz
Universitetinin texnoparkından son dərəcə güclü və kreativ biznes ideyalar icra
ediləcək. Bu bizneslər əsasında Azərbaycanınız dahada inkişaf edəcək.
Azərbaycanımızda çoxlu yeni bizneslər buradan çıxa bilər. Bundan gözəl nə ola
bilər?!
Qafqaz Universitetinin kadrları bugün
türk məzunları ilə birlikdə Azərbaycan biznes elitasının önündə gedir desək,
məncə yanılmarıq. Əlbətdə bu Universitet kollektivinin, rəhbərliyinin öz
işlərini düzgün icra etmələrinin bariz göstəricisidir.
Mən çox sevinirəm ki, Azərbaycanda
tədris gündən-günə dahada güclü olur. Daha əvvəldə dediyim ki, hərə öz öhdəsinə
düşən şeyləri etsə… inandırıram ki, Qafqaz kimi ali məktəblərinin sayı daha çox
olar.
Hiç yorum yok:
Yorum Gönder