28 Kasım 2013 Perşembe

Qafqaz Universitetində görüş barədə...

Bugün dostumuz İsa müəllimin dəvəti ilə Qafqaz Universitetinin bazasında olan Texnoparkla tanışlığa getmişdim. Dostlar bilir ki, mənim Qafqaz Universiteti haqqında məlumatım çox azdır və özüm üçündə bu ali məktəbə getmək maraqlı edi. Əzizlərim… gördüklərim məni sadəcə valeh etdi.

Birincisi qeyd etməliyəm ki, İsa müəllimin işinə olan sevgisi hər addımda hiss edilirdi. İstər Texnopark haqqında sevə-sevə danışması, istrə Qafqaz Universitetinin maddi-texniki tədris bazası ilə məni tanış etməyi, istərsədə müşahidə etdiyim Universitet daxili mehribançılığı super edi. Bu sübüt edir ki, bu Universitetin ən güclü tərəfi məmnun personaldır. Biz bir neçə dəfə Sizinlə söhbət etmişik ki, güclü brend ilk növbədə müştəri məmnunluğundan başlayır. Müştərini məmnun etmək üçün isə, personal məmnun olmalıdır. Qafqaz Universitetində personal məmnun edi.

İkincisi Universitetdə tələbə-müəllim münasibətləri tamamiylə fərqli və əslində olması lazım olan formada edi. Mənim yanımda Ali məktəbdə dərs deyən müəllimlər var edi. Tələbələr müəllimlər, müəllimlərin tələbələrlə adi salamlaması belə vəziyyətin necə pozitiv, necə yaxşı olduğun bariz nümünəsi edi. Bu məni çox sevindirdi. Bu mənə Avropa təhsil av-havasını xatırlatdı. Hər şey super edi! Universitetdə güclü idealoji baza mövcuddur.

Üçuncüsü ali məktəbin daxilində olan çox saylə tikililər, sistematik, təhsilə yönəli quruluş Qafqazın əsas üstünlüklərindəndir. Ali məktəbin istər ərazisinin genişliyi, istərsədə içəridə tikilmiş və tikilməkdə olan inşaatlar Universitetin dahada güclü bazaya sahib olacağından xəbər verirdi. Tikinti olan yerdə, inkişaf olur. İnkişaf olan yerdə isə gənclik.

Dördüncüsü, əslində mənim üçün ən vaciblərdən biri Universitetin praktik bazası edi. Qafqaz Universitetində istər Azercell yaratdığı tədris otağı, istər BP-in kimya laboratoriyası, istərsədə yaxın dostumuz FAB boyalarının sponsorluğu ilə yaradılan otaq məni çox sevindirdi. Bu o deməkdir ki, Universitet şirkətlərlə (bizneslə) əlaqələrini düzgün qura bilib. Bu əladır.

Qafqaz Universiteti Azərbaycanda xaricə tələbə göndərməkdə birinci yerdə olması əslində təsadüfi deyil. Universitetdə xarici dil öyrənmək üçün butün şərait var. Həmçinin yuxarıda göstərdiyimiz səbəbləri tələbələrə daha çox oxumaq üçün motivasiya verir. Qafqazda tədris proqramları elanlarının sayı hesabı yox edi.

Mən Qafqaz Universitetində yaranmış Texnopark layihəsinin inkişafına çox inanıram. İnanıram ki, tezliklə Qafqaz Universitetinin texnoparkından son dərəcə güclü və kreativ biznes ideyalar icra ediləcək. Bu bizneslər əsasında Azərbaycanınız dahada inkişaf edəcək. Azərbaycanımızda çoxlu yeni bizneslər buradan çıxa bilər. Bundan gözəl nə ola bilər?!

Qafqaz Universitetinin kadrları bugün türk məzunları ilə birlikdə Azərbaycan biznes elitasının önündə gedir desək, məncə yanılmarıq. Əlbətdə bu Universitet kollektivinin, rəhbərliyinin öz işlərini düzgün icra etmələrinin bariz göstəricisidir.

Mən çox sevinirəm ki, Azərbaycanda tədris gündən-günə dahada güclü olur. Daha əvvəldə dediyim ki, hərə öz öhdəsinə düşən şeyləri etsə… inandırıram ki, Qafqaz kimi ali məktəblərinin sayı daha çox olar.

“QUTechnopark”dan gənc təşəbbüskarlara ismarış: “Öz biznes ağacını yetişdir!”

“QUTechnopark”dan gənc təşəbbüskarlara ismarış: “Öz biznes ağacını yetişdir!”“Öz biznes ağacını yetişdir!” – Bu, müstəqil şirkətini qurmaq istəyənlərə “QUTechnopark”ın  (Qafqaz Universiteti Texnoparkı) ismarışıdır. Belə gənclər üçün yeni fürsətlər yaradan texnoparkın təşkil etdiyi “ Yeni Fikir Müsabiqəsi 2014” layihəsində qalib gələn 3 komandaya pul mükafatları ayrılıb. 1-ci yerə 10 000 manat;  2-ci yerə 5 000 manat,  3-cü yerə 3 000 manat verilməsi nəzərdə tutulur. “QUTechnopark”dan qeyd edilib ki, layihə əsasında ən yaxşı iş fikri seçiləcək ilk 5 komanda isə “QUTechnopark” İnkubasiya Mərkəzində 1 illik ofislə təmin olunacaq: “Bu və ya digər mükafatlar gənc təşəbbüskarları (StartUp-çıları) gözləyir. Ətraflı məlumatı   “www.yenifikir.az” veb-səhifəsindən əldə etmək olar”.

Qeyd edək ki, “Yeni Fikir Müsabiqəsi” (YFM) “QUTechnopark”ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə texnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir.

Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq “QUTechnopark” formalaşdırıldı. YFM “QUTechnopark”ın həyata keçirdiyi müxtəlif  layihələrdən biridir.


Həqiqət İSABALAYEVA


“Yeni Fikir” qaliblərin qazanacaqları mükafatları açıqladı

“Yeni Fikir” qaliblərin qazanacaqları mükafatları açıqladıBir müddət öncə Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən QUTechnopark-ı tərəfindən keçirilən “Yeni Fikir” müsabiqəsinin sayca ikinci, 2014-cü il üçün hissəinin başlanması haqqında məlumat vermişdik. Bu gün isə sizlərə həmin müsabiqənin təşkilatçıları tərəfindən, müsabiqədə qalib gələcək lahiyələrə ayrılacaq qrant məbləği və mükafatlar haqqında məlumatı paylaşmaq istərdik. ”Yeni Fikir” müsabiqəsinin rəsmi saytından əldə edilən məlumata əsasən qaliblər aşağıdakı Pul və digər mükafatları əldə edəcəklər:
Pul Mükafatları (Ayrılan Vəsaitlər Iş Fikirlərinin Şirkətləşməsi Üçün Xərclənəcəkdir)
  • 1-ci yer 10 000 manat
  • 2-ci yer  5000 manat
  • 3-cü yer 3000 manat
Digər Mükafatlar
  1. Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı iş fikri sahibi olan 5 qrup QUTechnopark İnkubasiya Mərkəzində 1 il müddətində ofislə təmin ediləcək.
  2. İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər veriləcək .
  3. İrəli sürülən iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək veriləcək.
  4. İrəli sürülən iş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinə dəstək veriləcək.
  5. Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı və lobbiçilik dəsətəyi veriləcək
YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərılər.
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq QUTechnopark fomalaşdırıldı. YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.

ÖZ ŞİRKƏTİNİ QURMAQ İSTƏYƏN GƏNCLƏRƏ YENİ FÜRSƏTLƏR: 1- ci yerə 10 000 manat

ÖZ ŞİRKƏTİNİ QURMAQ İSTƏYƏN GƏNCLƏRƏ YENİ FÜRSƏTLƏR
QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) təşkil etdiyi  Yeni Fikir Müsabiqəsi 2014 layihəsində qalib gələn 3 komandaya pul mükafatlarıı ayırdı: 

   1- ci yerə    10 000 manat
   2- ci yerə      5 000  manat
   3- cü yerə     3 000  manat


Layihə əsasında ən yaxşı iş fikri seçiləcək ilk 5 komanda isə QUTechnopark İnkubasiya Mərkəzində 1 illik ofislə təmin olunacaqlar. Bu və ay digər mükafatlar gənc təşəbbüskarları (StartUp-çıları) gözləyir.
Ətraflı məlumat üçün  www.yenifikir.az veb səhifəsindən əldə etmək olar.
YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərlər.
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq QUTechnopark fomalaşdırıldı. YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.

26 Kasım 2013 Salı

QUTexnopark Türkiyənin III Sənaye Şurasında...

"Alın tərinə ağıl təri qatmaq lazımdır"

"Alın tərinə ağıl təri qatmaq lazımdır"

Bu fikir Türkiyə Cümhuriyyəti Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil edilən "2023-ə 10 qala" 3-cü Sənaye Şurasında müxtəlif tərəflərin təmsilçiləri tərəfindən dəfələrcə səsləndirildi. Belə ki, ölkənin baş naziri, nazirləri, universitet rektorları, elm adamları, sənayeçilər, texnopark rəhbərləri, dövlət məmurları və qeyri hökumət təşkilatlarının nümayəndələrinin birgə müzakirələr apardığı III Sənaye Şurasında bütün tərəflər Türkiyənin 2023-cü il hədəflərinə aparacaq yolları araşdırdılar.
III Sənaye Şurası "2023-ə 10 qala" adı ilə 20-22 Noyabr 2013-cü ildə Türkiyənin paytaxtı Ankara şəhərində, ölkənin ən böyük saraylarından birində - Konsorsium Beynəlxalq Konfrans və Sərgi Sarayında - keçirildi.
265 Şura üzvü, 1600 içtirakçının təmsil olunduğu Sənaye Şurasında Türkiyənin sənaye gücünün artırılması, eləcə də ixrac potensialının çoxaldılması yolları birlikdə müzakirə olundu.   Türkiyə 2023-cü ildə 500 mlrd. dollar dəyərində ixrac gücünə sahib olmağı hədəfləyir. Türkiyə qarşıya qoyulan hədəfə çatmaqla dünyanın ən güclü iqtisadiyyatına malik 10 ölkəsindən biri olmaq iddiasındadır. Bu məqsədlə iqtisadi inkişafı təmin edəcək, tətbiq yönümlü elmi araşdırmalara (ArGe çalışmalarına) əhəmiyyət verən Türkiyə, elm adamları ilə sənayeçinin birgə fəaliyyətini təmin etməkdədir. Bu prosesdə universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsində nizamlayıcı-təşviqedici mövqeyini inkişaf etdirən Türkiyə hökuməti 2023 hədəflərinə çatmaq üçün istər elm adamlarının, istrəsə də sənayeçinin əsaslandırılmış bütün ehtiyaclarını ödəməyi planlaşdırır.
"İnkişaf etmiş ölkələrin yüksək texnoloji nəticələrini təqib etməklə birinci olmaq mümkün olmadığı" vurğulandığı Sənaye Şurasında güclü iqtisadiyyata malik ölkə ola bilmək üçün yüksək texnologiyaların istehsalı, sahibkarlığın təşviq olunması, universitetlərdə təşəbbüskar mühitin inkişaf etdirilməsi, üstün xüsusiyyətlərə malik insan resurslarının hazırlanması, insan resurslarının səmərəli istifadəsi, mühəndislik peşəsinin təməl elmlərinin daha da inkişaf etdirilməsi və s. kimi məsələlər haqqında tövsiyə qəraraları alındı.
Qeyd olundu ki, güclü sənayenin formalaşması üçün dünya ilə rəqabətə davamlı yüksək texnologiyalar istehsal olunmalıdır. Bu məqsədlə universitetlərlə sənayenin əməkdaşlığı hərtərəfli inkişaf etdirilməlidir. Bu aspektdə texnoparkların inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilən Şurada güclü texnoparkların arxasında güclü və təşəbbüskar universitetlərin olduğu vurğulanarkən, universitetlərin də güclənməsində texnoparkları rolunun zəruriliyi önə çəkildi.
  
3 gün davam edən Sənaye Şurasında alınan tövsiyə qərarları və Şurada təqdim olunan elmi məqalələr birlikdə kitab halında çap olnaraq istifadəyə veriləcəkdir.
Xatırladaq ki, III Sənaye Şurasında Azərbaycandan Qafqaz Universiteti Texnoparkının müdiri Dos. İsa Qasımov da iştirak edirdi. İ. Qasımov Sənaye Şurasında “Azərbaycanda Universitet - İş dünyası əlaqələrinin mövcud vəziyyətinin təhlili” adlı elmi məqalə ilə çıxış etmişdir. (Məqalə Dos. Şahin Durmazla birgə işlənmişdir).
İ. Qasımov 3-cü Sənaye Şurasında təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların Azərbaycanda inkişaf etdirilməsində faydalı ola biləcək tanışlıq görüşləri də keçirmişdir.

http://qutechnopark.az/az/news/2013/11/quot-Alin-terine-agil-teri-qatmaq-lazimdir-quot-122.html

"Alın tərinə ağıl təri qatmaq lazımdır"

III Sənaye Şurası "2023-ə 10 qala" adı ilə 20-22 Noyabr 2013-cü ildə Türkiyənin paytaxtı Ankara şəhərində, ölkənin ən böyük saraylarından birində - Konsorsium Beynəlxalq Konfrans və Sərgi Sarayında - keçirildi. Mən də Qafqaz Universitetinin təmsilçisi olaraq III Sənaye Şurasında iştirak etdim və Sənaye Şurasında “Azərbaycanda Universitet - İş dünyası əlaqələrinin mövcud vəziyyətinin təhlili” adlı elmi məqalə ilə çıxış etdim (Məqalə dos. Şahin Durmazla birgə işlənmişdir).

3-cü Sənaye Şurasında təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların Azərbaycanda inkişaf etdirilməsində faydalı ola biləcək tanışlıq görüşləri də keçirmişəm. Keçən həftə həyata keçirilən Sənaye Şurası ilə əlaqədar fikirlərimi sizlərlə paylaşmaq istəyirəm.

"Alın tərinə ağıl təri qatmaq" fikri Türkiyə Cümhuriyyəti Elm, Sənaye və Texnologiya Nazirliyi tərəfindən təşkil edilən "2023-ə 10 qala" 3-cü Sənaye Şurasında müxtəlif tərəflərin təmsilçiləri tərəfindən dəfələrcə səsləndirildi. Belə ki, ölkənin baş naziri, nazirləri, universitet rektorları, elm adamları, sənayeçilər, texnopark rəhbərləri, dövlət məmurları və qeyri hökumət təşkilatlarının nümayəndələrinin birgə müzakirələr apardığı III Sənaye Şurasında bütün tərəflər Türkiyənin 2023-cü il hədəflərinə aparacaq yolları araşdırdılar.

265 Şura üzvü, 1600 içtirakçının təmsil olunduğu Sənaye Şurasında Türkiyənin sənaye gücünün artırılması, eləcə də ixrac potensialının çoxaldılması yolları birlikdə müzakirə olundu.   Türkiyə 2023-cü ildə 500 mlrd. dollar dəyərində ixrac gücünə sahib olmağı hədəfləyir. Türkiyə qarşıya qoyulan hədəfə çatmaqla dünyanın ən güclü iqtisadiyyatına malik 10 ölkəsindən biri olmaq iddiasındadır. Bu məqsədlə iqtisadi inkişafı təmin edəcək, tətbiq yönümlü elmi araşdırmalara (ArGe çalışmalarına) əhəmiyyət verən Türkiyə, elm adamları ilə sənayeçinin birgə fəaliyyətini təmin etməkdədir. Bu prosesdə universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsində nizamlayıcı-təşviqedici mövqeyini inkişaf etdirən Türkiyə hökuməti 2023 hədəflərinə çatmaq üçün istər elm adamlarının, istərsə də sənayeçinin əsaslandırılmış bütün ehtiyaclarını ödəməyi planlaşdırır.

"İnkişaf etmiş ölkələrin yüksək texnoloji nəticələrini izləməklə birinci olmağın mümkün olmadığının" vurğulandığı Sənaye Şurasında güclü iqtisadiyyata malik ölkə ola bilmək üçün yüksək texnologiyaların istehsalı, sahibkarlığın təşviq olunması, universitetlərdə təşəbbüskar mühitin inkişaf etdirilməsi, üstün xüsusiyyətlərə malik insan resurslarının hazırlanması, insan resurslarının səmərəli istifadəsi, mühəndislik peşəsinin təməl elmlərinin daha da inkişaf etdirilməsi və s. kimi məsələlər haqqında tövsiyə qərarları alındı.

Qeyd olundu ki, güclü sənayenin formalaşması üçün dünya ilə rəqabətə davamlı yüksək texnologiyalar istehsal olunmalıdır. Bu məqsədlə universitetlərlə sənayenin əməkdaşlığı hərtərəfli inkişaf etdirilməlidir. Bu aspektdə texnoparkların inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilən Şurada güclü texnoparkların arxasında güclü və təşəbbüskar universitetlərin olduğu vurğulanarkən, universitetlərin də güclənməsində texnoparkları rolunun zəruriliyi önə çəkildi.

3 gün davam edən Sənaye Şurasında alınan tövsiyə qərarları və Şurada təqdim olunan elmi məqalələr birlikdə kitab halında çap olunaraq istifadəyə veriləcəkdir.

http://www.ecolifejurnal.com/yazarlar/dos-isa-qasimov/alin-trin-agil-tri-qatmaq-lazimdir/17/

25 Kasım 2013 Pazartesi

“İdeyanız, Siz və 3 dəqiqə!”: Lahiyəninin Təqdimatının Hazırlaması Texnikaları

 Lahiyəninin Təqdimatının Hazırlaması Texnikaları  “İdeyanız, Siz və 3 dəqiqə!”
QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 26 Noyabr 2013-cü il tarixində Müştəriyə Xidmət sahəsində 5 ildən artıq korporativ təlimçi, VitalCV və Manads Lahiyələrinin həm-təsisçisi  Coşqun Kərimovun təqdimatında “İdeyanız, Siz və 3 dəqiqə!”  (Lahiyəninin Təqdimatının Hazırlaması Texnikaları)  mövzusunda təşkil edildi.
Seminarda ideya nədir, sizin ideyanız hansı problemi həll edir, problem necə həll ediləcək,  problemi kim və ya hansı komanda həll edəcək, komanda işi, investorlar pulu komandaya yoxsa ideyaya verəcək,  biznes təqdimat, ideyanızın investoru maraqlandıran hansı gəlir modelləri var və s. kimi mövzular üzərində sual-cavabla  başlayan C. Kərimov gənc StartUp-çılara  layihələrini investorlara ideal təqdim etməyin yollarından danışdı.

Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:
  • İdeyanızın biznesə çevirməsi
  • Biznes təqdimtında diqqətə alınacaq məqamlar
  • Biznes Plan vacibdir yoxsa icra edən komanda?
  • İnvestorlar sizdən nə istəyir?
  • Təqdimatdan öncə araşdırma aparma əhəmiyyəti
  • Lahiyənin 3 dəqiqəlik müddətə sığışdırılması
  • 3 dəqiqə 5 rəqəmli yatırım almağa bəs edirmi?
  • Slaydların hazırlanması, Rəqəmlər yoxsa hisslər?  

21 Kasım 2013 Perşembe

İdeyanız, Siz ve 3 deqiqe!


 

”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.
Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

Ankara şəhərində keçiriləcək 3-cü Sənaye Şurasında Qafqaz Universitetinin nümayəndəsi çıxış edəcək

Ankara şəhərində keçiriləcək 3-cü Sənaye Şurasında Qafqaz Universitetinin nümayəndəsi çıxış edəcəkNoyabrın 20-22-də Türkiyənin paytaxtı Ankara şəhərində 3-cü Sənaye Şurası keçiriləcəkdir.
Türkiyə Cümhuriyyəti Elm, Sənaye və Texnoloji Nazirliyi tərəfindən təşkil ediləcək tədbirdə müvafiq qurumların nümayəndələri, nüfuzlu şirkətlərin rəhbərləri, alim və mütəxəssislər iştirak edəcəklər.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali məktəbin Texnoparkının müdiri, dosent İsa Qasımov 3-cü Sənaye Şurasında “Azərbaycanda universitet - iş dünyası əlaqələrinin mövcud vəziyyətinin təhlili” mövzusunda çıxış edəcəkdir.
Dosent İ.Qasımov, eyni zamanda, tədbir çərçivəsində təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların Azərbaycanda inkişaf etdirilməsi üçün səmərəli ola biləcək görüşlərdə olacaqdır.

“Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi iştirakçıları ilə görüş keçirildi.


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 14-18 noyabr 2013-cü ildə "Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi çərçivəsində tədbir keçirildi.
“Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi iştirakçıları ilə görüş keçirildi.Layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır.
Proqram iştirakçıları ilə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) rəhbərliyinin görüşü də baş tutdu. Belə ki, QUTechnopark İdarə Heyətinin sərdi Dos. Şahin Durmaz və QUTechnopark-ın müdiri Dos. İsa Qasımov "Univeristet-Texnopark vəhdətində gələcəyə sərmayə" mövzusunda təqdimatla proqram iştirakçılarına seminar verdilər. Seminar zamanı QUTechnopark-ın fəaliyyəti və perspektivləri xüsusi maraqla qarşılandı. Çoxsaylı suallar cavablandırıldı.
Proqram əsasında digər təlimçilər tərəfindən  "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan”, "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları”, "İnnovasiyalı cəmiyyətə doğru”, "Müasir nanotexnologiyalar” adlı seminarlar da təqdim edilmişdir.
Qış Məktəbində AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş iştirakçılar iştirak edirdilər.

TÜBİTAK ile Azerbaycan Arasında İşbirliği Protokolü İmzalandı

TÜBİTAK ile Azerbaycan Arasında İşbirliği Protokolü İmzalandı
TÜBİTAK ile Azerbaycan Ulusal Bilimler Akademisi arasında “Bilimsel ve Teknolojik İşbirliği Protokolü” imzalandı.
Başbakan Recep Tayyip Erdoğan ile Azerbaycan Cumhurbaşkanı İlham Aliyev’in katılımıyla Başbakanlık Merkez Bina’da Türkiye-Azerbaycan Yüksek Düzeyli Stratejik Konsey Toplantısı düzenlendi. Toplantıda 7 anlaşma ve protokol imzalandı. Bu kapsamda TÜBİTAK ile Azerbaycan Ulusal Bilimler Akademisi arasında “Bilim ve Teknoloji Alanında İşbirliği Protokolü” için imzalar atıldı.
İki ülke arasında bilimsel ve teknolojik işbirliğini tesis edecek protokol, TÜBİTAK Başkanı Prof. Dr. Yücel Altunbaşak ve Azerbaycan Ulusal Bilimler Akademisi adına Azerbaycan Büyükelçisi Faig Nusrat Baghirov arasında imzalandı.
Protokol kapsamında, Türk ve Azeri bilim insanları arasında gerçekleştirilecek olan ortak Ar-Ge projeleri ve ortak çalıştaylara destek sağlanabilmesi, ayrıca iki ülke arasında bilim insanı değişiminde bulunulması, bilimsel ve teknolojik bilgilerin paylaşımı gerçekleştirilecek.
http://qutechnopark.az/az/news/2013/11/TuBiTAK-ile-Azerbaycan-Arasinda-ishbirligi-Protokolu-imzalandi-112.html

18 Kasım 2013 Pazartesi

QUTechnopark-ın müdiri 3-cü Sənaye Şurasında iştirak edəcək

20-22 Noyabr 2013-cü il tarixlərində paytaxt Ankaranın Konqresium Ankara ATO Beynəlxalq Konfrans və Sərgi Sarayında keçiriləcək  3-cü Sənaye Şurası Türkiyə Cümhuriyyəti Elm, Sənaye və Texnoloji Nazirliyi tərəfindən təşkil edilir.
QUTechnopark-ın müdiri 3-cü Sənaye Şurasında iştirak edəcək.Türkiyə Cümhuriyyəti baş naziri Recep Tayyip Erdoğan, müxtəlif nazirlər, sənayedə aparıcı şirkətlərin sahibləri, eləcə də elm adamlarının iştirak edəcəyi Şurada Qafqaz Universiteti Texnoparkının müdiri Dos. İsa Qasımov da iştirak edəcəkdir.
İ. Qasımov 3-cü Sənaye Şurasında Qafqaz Universiteti Texnoparkı İdarə Heyətinin sərdi Dos. Şahin Durmazla birgə işlədiyi 
"AZƏRBAYCANDA UNİVERSİTET-İŞ DÜNYASI ƏLAQƏLƏRİNİN MÖVCUD VƏZİYYƏTİNİN TƏHLİLİ" elmi məqalənin təqdimatını edəcəkdir.
İ. Qasımov 3-cü Sənaye Şurasında təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların Azərbaycanda inkişaf etdirilməsində faydalı ola biləcək tanışlıq görüşləri də keçirəcəkdir
http://qutechnopark.az/az/news/2013/11/QUTechnopark-in-mudiri-3-cu-Senaye-shurasinda-ishtirak-edecek-111.html

Ankara şəhərində keçiriləcək 3-cü Sənaye Şurasında Qafqaz Universitetinin nümayəndəsi çıxış edəcək

Ankara şəhərində keçiriləcək 3-cü Sənaye Şurasında Qafqaz Universitetinin nümayəndəsi çıxış edəcəkNoyabrın 20-22-də Türkiyənin paytaxtı Ankara şəhərində 3-cü Sənaye Şurası keçiriləcəkdir. Türkiyə Cümhuriyyəti Elm, Sənaye və Texnoloji Nazirliyi tərəfindən təşkil ediləcək tədbirdə müvafiq qurumların nümayəndələri, nüfuzlu şirkətlərin rəhbərləri, alim və mütəxəssislər iştirak edəcəklər. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali məktəbin Texnoparkının müdiri, dosent İsa Qasımov 3-cü Sənaye Şurasında "Azərbaycanda universitet - iş dünyası əlaqələrinin mövcud vəziyyətinin təhlili" mövzusunda çıxış edəcəkdir. Dosent İ.Qasımov, eyni zamanda, tədbir çərçivəsində təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların Azərbaycanda inkişaf etdirilməsi üçün səmərəli ola biləcək görüşlərdə olacaqdır.

Şəxsi büdcənin effektiv idarəsi...

Şəxsi büdcənin effektiv idarəsi...QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları" layihəsi əsasında növbəti seminar 16 Noyabr 2013-cü il tarixində Qafqaz Universiteti, Biznesin İdarə Olunması kafedrasının müəllimi, “Baku Art School” və “ÖZ klub”-un həmtəsisçisi Rüfət Hüseynovun təqdimatında “Şəxsi büdcənin effektiv idarəolunması” mövzusunda təşkil edildi.

Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:

- Xərclərin qruplaşdırılması
- Büdcənin planlanması
- Özü-özünüzdən pul qazanmağın yolları

Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.

Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

17 Kasım 2013 Pazar

“Təşəbbüskarlıq Seminarları” layihəsi çərçivəsində “Şəxsi büdcənin effektiv idarəolunması” mövzusunda seminar olmuşdur

“Təşəbbüskarlıq Seminarları” layihəsi çərçivəsində “Şəxsi büdcənin effektiv idarəolunması” mövzusunda seminar olmuşdurQUTechnoparkın həyata keçirdiyi “Təşəbbüskarlıq Seminarları” layihəsi çərçivəsində növbəti seminar olmuşdur. Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, “Şəxsi büdcənin effektiv idarəolunması” mövzusunda keçirilən seminarda bu ali məktəbin Biznesin idarəolunması kafedrasının müəllimi Rüfət Hüseynov təqdimatla çıxış etmişdir. Sonra xərclərin qruplaşdırılması, büdcənin planlanması və s. üzrə müzakirələr aparılmışdır. Xatırladaq ki, “Təşəbbüskarlıq Seminarları” sahibkarlığın inkişafına dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.



13 Kasım 2013 Çarşamba

Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi çərçivəsində tədbir keçirəcək

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 14-18 noyabr 2013-cü ildə "Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi çərçivəsində tədbir keçirəcək.
Layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır.

Tədbir günlərində "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan”, "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları”, "İnnovasiyalı cəmiyyətə doğru”, "Müasir nanotexnologiyalar” adlı seminarlar həyata keçiriləcək.

Eyni zamanda Qış Məktəbi günlərində elmi-innovativ işlərin, elm-təhsil mübadilə proqramlarının təqdimatlarının, beynəlxalq təşkilatların elmi mübadilə proqramlarının təqdimatlarının, eyni zamanda mədəni-idman tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Qış Məktəbinin açılış mərasimi 14 noyabr saat 15.00-da Olimpik İdman və İstirahət Mərkəzində (Novxanı qəsəbəsi) təşkil olunacaq. Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri iştirak edəcəklər.
Tədbir digər günlərdə də Olimpik Oteldə davam edəcək.

Qış Məktəbində AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş iştirakçılar iştirak edəcəklər.
http://www.mia.az/w99919/%E2%80%9CG%C9%99nc_Aliml%C9%99r_%C3%BC%C3%A7%C3%BCn_Q%C4%B1%C5%9F_m%C9%99kt%C9%99binin_t%C9%99%C5%9Fkili%E2%80%9D_layih%C9%99si_%C3%A7%C9%99r%C3%A7iv%C9%99sind%C9%99_t%C9%99dbir_ke%C3%A7ir%C9%99c%C9%99k/

Yeni Fikir 2014 layihəsinə start verildi.

2013-cü il bəlkə də Azərbaycanın İKT və Startup tarixində çevriliş ili kimi dəyərləndirmək olar. Belə ki, bu il Azərbaycan kimi kiçik bir ölkədə indiyədək heç zaman keçirilməyən formatda ard-arda Startup müsabiqələrin keçirilməsi, gənclərimizin və ən əsası ciddi iş adamlarının bu istiqamətdə maraqlarının artması deməkdir.
2013-cü ili ilk olaraq Azərbaycanın ilk vençur fondu olan İnfipro İnc. şirkətinin təşkil etdiyi və demək olar ki, Azərbaycanın ilk Startup müsabiqəsi olan “Baku Startup Competition” açdı.
Bundan sonra Startup Azərbaycan, Baku Startup Weekend, Yeni Fikir, StartupDays müsabiqələri keçirildi.  Qafqaz Universiteti Texnoparkı ilə yanaşı Yüksək Texnologiyalar Parkının yaranması və Dövlət İKT fondunun köməyi ilə Startup layihələrə qrant və kreditlərin ayrılması proqramı əlamətdar hadisələr oldu. Hətta bu il ABŞ-ın Shark Tank verilişinin analoqu olan İdeya Qazandı tele verilişinin də yaranması qarşımızda gələn bir-iki ildə ölkəmizdə Startup bumuna gətirib çıxaracağına artıq şübhə yoxdur.
Indi isə Qafqaz Universiteti Texnoparkının təşkil etdiyi Yeni Fikir müsabiqəsinin 2-ci 2014-cü il üçün raundu başlanması elan edildi.
YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərılər.
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq QUTechnopark fomalaşdırıldı. YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.
Hədəf
  • Ölkənin və regionun inkişafında rol oyanaya biləcək, beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması;
  • Təşəbbüskar düşüncənin inkişaf etdirilməsi.
  • Məhsulunu pula çevirə biləcək iş fikirlərinin şirkətləşməsini təmin etmək.
Əqli Mülkiyyət Bəyanatı
Bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur.
Mükafatlar
  • Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı iş fikri sahibi olan 5 qrup QUTechnopark İnkubasiya Mərkəzində 1 il müddətində ofislə təmin ediləcək.
  • İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər veriləcək .
  • İrəli sürülən iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək veriləcək.
  • İrəli sürülən iş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinə dəstək veriləcək.
  • Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı və lobbiçilik dəsətəyi veriləcək
Təşkilatçılar
  • QUTechnopark
  • İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi)
  • Qafqaz Universiteti, Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi
  • İEEE Azərbaycan şöbəsi
Partnyorlar
  • SOCAR
  • AR İqtisadi İnkişaf Nazirliyi Iqtisadi Islahatlar Elmi-Tədqiqat Institutu
  • TUSİAB
  • İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyi
Müsabiqədə iştirak və daha ətraflı məlumat üçün Yeni Fikir müsabiqəsinin rəsmi saytına daxil olaraq qeydiyyatdan keçmək və əlavə məlumat əldə etmək olar.
http://1net.az/yeni-fikir-2014-layih%C9%99sin%C9%99-start-verildi/

Universitet-texnopark vəhdəti yüksək texnologiyaların və innovativ fəaliyyətlərin inkişaf etdirildiyi məkandır

Müasir dövrümüz dünya iqtisadiyyatının biliklər, texnologiyalar və innovasiyalar əsasında formalaşması və inkişaf etdirilməsi ilə xarakterizə olunur. İnnovasiya adı altında yeni texnologiyalar, yeni məhsul və xidmət növləri, istehsalın, əməyin və idarəetmənin təşkilində yeniliklərdən istifadə başa düşülür. İnnovasiyanın yeniliyi, iqtisadi cəhətdən əsaslandırılmış olması, istehsalçıların tələblərini ödəməsi onun zəruri xüsusiyyətləri hesab olunur. Müasir dünyada bütün innovasiya strukturlarının yeni növləri arasında elmi-texnoloji parklar özünün çoxfunksiyalılığı, həll etdiyi məsələlərin müxtəlifliyi ilə seçilir.
 Texnoparklar nədir
 Qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması ən zəruri məsələlərdəndir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da bu məqsədlə, yəni ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması üçün elmi-texniki infrastrukturun modernləşdirilməsi, elmin, təhsilin və istehsalatın inteqrasiyasının təmin edilməsi, innovasiya siyasətinin səmərəsinin artırılması mühüm fəaliyyət istiqamətləri hesab olunmuş, innovasiya fəaliyyəti infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən texnoparkların, texnoloji mərkəzlərin, biznes inkubatorlarının şəbəkəsinin genişləndirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Bəs texnoparklar nədir, bu qurumlar özlərində nələri ehtiva edirlər?
Mövcud informasiyalardan məlum olur ki, texnoparkların yaradılmasında əsas məqsəd biliklərin və ixtiraların texnologiyalara, həmin texnologiyaların isə kommersiya məhsuluna çevrilməsi, tədqiqatlara yönəldilmiş milli xərclərin səmərəliliyinin yüksəldilməsi, kiçik elmtutumlu sahibkarlıq sektoru vasitəsi ilə texnologiyaların sənayeyə ötürülməsi, elmtutumlu firmaların formalaşması və onların bazarda təşəkkülü, elmtutumlu biznes sahəsində müəssisələrin dəstəklənməsi, sənayenin struktur yenidənqurulması, regional qeyri-mütənasib inkişaf səviyyəsinin azalması, məşğulluq probleminin qismən həlli, yüksək texnologiyalar sahəsində elmi-texniki nailiyyətlərin sürətli tətbiqidir. Bu qurumlar eyni zamanda yüksək texnologiyalara əsaslanaraq inkişaf etdirilən sənaye sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin həyata keçirilməsi, təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə səmərəliliyin artırılması, beynəlxalq arenada rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədlərini də güdür.
Deyilənləri ümumiləşdirsək deyə bilərik ki, texnoparklar kiçik və orta elmtutumlu innovasiya şirkətlərinin inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı elm-istehsalat komplektidir və əsasən elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılmasının təşkili ilə məşğul olurlar.
Texnoparkların əsas struktur vahidi mərkəzlər hesab olunur. Buraya innovasiya-texnoloji mərkəz, tədris mərkəzi, məsləhət mərkəzi, informasiya mərkəzi, marketinq mərkəzi, sənaye mərkəzi, maliyyə-sığorta mərkəzi, mühasibat-audit mərkəzi, strateji tədqiqat mərkəzi daxildir. Dünya iqtisadiyyatında texnoparklar innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilir. Milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında texnoparkların böyük rolu vardır.
Məsələn, ABŞ, Hindistan, Çin və s. kimi ölkələr İKT sahəsində dünya səviyyəsində qabaqcıl olmalarına görə məhz texnoparklara minnətdardırlar.
Müasir dövrdə informasiya cəmiyyətinin biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında texnoloji biliklərin mərkəzinə çevrilən universitetlər mühüm rol oynadığından ali məktəb texnopark vəhdətinin yaradılması da son illər geniş inkişaf tapmışdır.
Belə texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin yaranmasına və onların inkişafına təşəbbüs göstərmək məqsədi ilə qurulur. Universitet texnoparkda fəaliyyət göstərən şirkətlərə innovativ elmi nəticələrin transfer edilməsi və işin idarə olunması  sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Beləliklə, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq onların tətbiq olunması və inkişaf etdirilməsinədək hərtərəfli şəraitin olduğu  innovativ fəaliyyətləri təmin edən məkandır. Başqa sözlə, texnoparklar insan kapitalını sürətlə inkişaf etdirən, yüksək texnologiyalar istehsal edən qurumlardır. Belə qurumlar universitetlərin tərkibində olduqda daha aktiv fəaliyyət göstərə bilirlər.
Bu barədə əməkdaşımıza ətraflı məlumat verən Qafqaz Universiteti Texnoparkının direktoru, dosent İsa Qasımovun bildirdiyinə görə, yüksək texnologiyalar istehsalının 4 təməl tərəfi vardır:
- Araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü;
- Yetərli məlumat bazası;
- Yetərli maliyyə dəstəyi;
- Proqramlı bir şəkildə elmi tədqiqatların aparılması.
Dünya standartlarına əsasən texnoparkların əsas hədəfləri universitetlərin təhsil, tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək daha səmərəli nəticələr əldə etmək; sənayenin rəqabət gücünü artırmaq, yüksək texnologiyalara əsaslanan regional və iqtisadi inkişafı sürətləndirməkdir. 
Texnoparkların tarixi 
Texnoparklar ilk dəfə ötən əsrin 50-ci illərində ABŞ-da Stenford Universitetinin təşəbbüsü ilə yaradılmışdır. Həmin dövrdə universitetin yerləşdiyi Kaliforniya ştatında ABŞ hökumətinin sifarişi ilə hərbi sənaye məhsulları istehsal edən şirkətlər yüksək texnologiyalar sahəsində də müəyyən irəliləyişlər əldə etmişdilər. Ona görə də Stenford Universiteti bu şirkətlərə özünün boş qalmış ərazisində icarə yer vermək qərarına gəlir. Belə ki, boş qalmış həmin ərazilərin satılması Lilend Stenfordun vəsiyyəti ilə qadağan olunmuşdu. Bundan başqa, həmin şirkətlər bu və ya digər formada universitetlə əlaqəli şəkildə fəaliyyət göstərirdilər. Həmin ərazidə tikintinin başa çatması, infrastrukturun formalaşması və elmi parkın yaradılması üçün təxminən 30 il vaxt lazım gəlir. Silikon vadisi bu gün çox məşhur olan "Hewlett-Packard", "Polaroid", "Eastman Kodak", "General Electric", "Shojkley Transistor", "Lockheed" kimi şirkətlərin ilkin özünütəsdiq meydanı olub. Buna baxmayaraq ilk illərdə Birləşmiş Ştatlarda texnoparkların yaradılması sahəsi çox ləng inkişaf edirdi. Ötən əsrin 70-ci illərində Silikon vadisinin yerləşdiyi 280 hektarlıq ərazi böyüməkdə olan şirkətlərin tələblərinə cavab vermirdi. Belə olan halda vadinin ərazisi genişləndirilərək San-Xosedən San-Fransiskoya qədər uzadıldı. Həmin illərdə kompüter texnikasının sürətli inkişafı, 80-ci illərdə şəbəkə texnologiyalarının yaradılması və 90-cı illərdə İnternetin meydana gəlməsi Silikon vadisini sənaye parkı kimi daha da inkişaf etdirdi.
Yeri gəlmişkən Silikon vadisinin bəzi göstəricilərini diqqətə çatdıraq: hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır; vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir; burada əməkdaşların orta illik əməkhaqqı 70-80 min ABŞ dollarıdır.
Hazırda Amerikada 700-dən artıq texnopark, 150-dən çox İT-park fəaliyyət göstərir. Amerika texnoparkı baza universitetləri əsasında yaranmışdır. Bu park kompleks binadan ibarət olmaqla həm işləmək imkanını, həm də yaşayış şəhərciyi, servis xidmətləri, istirahət və idmanla məşğulluq üçün zonanı özündə birləşdirir. Əsas prinsip - hər şeyin bir yerdə olmasıdır və burada işləyən şəxs heç bir yerə getməməlidir. Əməkdaşlar elə əhvali-ruhiyyəyə köklənməlidirlər ki, günün 24 saatını sanki işləyirlər. Ona görə də onlar bir yerdə yaşamalı və işləməli, burada istirahət etməli, ailə-uşaq problemləri ilə məşğul olmalıdırlar. Yalnız bu halda gözlənilən nəticəni əldə etmək mümkün olur.
ABŞ-dan sonra dünyanın inkişaf etmiş bütün ölkələrində texnoparklar yaradılmış və inkişaf etdirilmişdir. Hazırda dünyada 4000-ə yaxın texnopark fəaliyyət göstərir. Texnoparkları inkişaf etdirmiş ölkələr yüksək texnologiyalara  sürətlə yiyələnə bilirlər. Ona görə də dünyanın ən qabaqcıl sənaye markaları həmin ölkələrin adı ilə birbaşa bağlıdır.
Onu da qeyd edək ki, texnoparklar innovasiya infrastrukturunun elementləri kimi dünyanın müxtəlif ölkələrində müxtəlif cür adlanır.
Adlardakı bu fərq bəzi funksional, təşkilati və milli xüsusiyyətlərlə izah olunur. Mahiyyətcə texnoparklar konsepsiyasının əsasını elmi-texniki nailiyyətlərin akademik və digər tədqiqat mərkəzlərindən sənayedə ötürülməsi prosesinin səmərəliliyinin yüksəlməsini və onun mənimsənilməsini sürətləndirmək məqsədi ilə elmi tədqiqatların və zəruri kapitalın ərazi cəhətdən birləşməsi ideyası təşkil edir. Məsələn, Şərq ölkələrində, Rusiyada, eləcə də Azərbaycanda "texnoloji parklar" (texnoparklar) və ya "elmi-texnoloji parklar"; "azad iqtisadi zonalar" birləşmələri qəbul olunduğu halda ABŞ-da bu strukturları "tədqiqat parkları", Böyük Britaniyada "elmi parklar", Koreyada "elmi-sənaye parkları", Fransada və Yaponiyada "texnopolislər", Almaniyada "innovasiya və texnoloji mərkəzlər" və s. adlandırırlar.
Dünya təcrübəsinə görə texnoparkların inkişafında səmərəli nəticələrin təmin edilməsi üçün yüksək texnologiyaların inkişafında elmi tədqiqatların  innovativ yanaşmalarla həyata keçirilməsi mühüm rol oynayır. 
Texnoparklar Azərbaycan universitetlərində 
Azərbaycan ali təhsil müəssisələri arasında texnoparkların yaradılması ideyası son illər meydana gəlmişdir. Lakin bu ideya hələlik iki ali məktəbdə - Qafqaz Universitetində və Xəzər Universitetində reallaşmaqdadır. Müxtəlif sahələrdə təhsilin inkişafına innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti bu işdə də önə düşüb.
2013-cü ilin yanvar ayında universitetin Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universitetinin texnoparkı "QUTexnopark" adlandırılmışdır. Bu ali məktəbdə texnopark təsis olunarkən qardaş Türkiyənin universitetlərinin bu sahədəki təcrübəsi və modeli əsas götürülmüşdür. Bu məqsədlə iki dəfə Türkiyəyə qrup halında işgüzar səfər təşkil edilmiş, həmin səfərlər zamanı Orta Doğu Texniki Universiteti, İstanbul Universiteti, Yıldız Texniki Universiteti, Hacəttəpə Universiteti, Bilkent Universiteti kimi güclü universitetlərin texnoparklarında geniş müşahidələr aparılmışdır. QUTexnopark formalaşdırılarkən Türkiyə ilə yanaşı İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən də istifadə olunmuşdur. Lakin qeyd edək ki, "QUTexnopark" əsasən Orta Doğu Texniki Universitetinin texnopark təcrübəsinə daha çox əhəmiyyət verir.
QUTexnopark istər dövlət, istərsə də özəl sektorlarla sıx əməkdaşlıqda maraqlıdır və bu istiqamətdə görüşlər keçirir.
QUTexnopark texnopark ekosistemini formalaşdırmaq üçün yerli və xarici mütəxəssislərdən istifadə edərək təlimlər verir, təşəbbüskar yanaşmanı inkişaf etdirir.
QUTexnoparkda "SENTRA" MMC, Azer.Net MMC, "MONtech" MMC şirkətləri ilə müqavilə bağlamış və həmin şirkətlərə QUTexnoparkda ofis üçün yer vermişdir.
Qeyd olunduğu kimi, texnoparklarda fəaliyyətlər İnkubasiya Mərkəzlərindən başlayır ki, burada da əsas məqsəd gənc nəsildə olan yenilikçi potensialı üzrə çıxararaq onu inkişaf etdirməkdir. Məhz bu məqsədlə də QUTexnopark hazırda Yeni Fikir Müsabiqəsi layihəsini həyata keçirir.
Yeni Fikir Müsabiqəsinin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə verməkdir.
Qeyd edək ki, bu yarışmada təkcə Qafqaz Universitetinin  təmsilçiləri deyil, bütün Azərbaycan gəncləri, o cümlədən Azərbaycanda təhsil alan xarici vətəndaşlar da iştirak edə bilərlər.
Bu fəaliyyətləri həyata keçirmək üçün QUTexnopark Türkiyə Cümhuriyyəti ODTU Texnoparkı ilə yanaşı, İKT sektorunda fəaliyyət göstərən üç şirkətlə ("SENTRA" MMC, Azer.Net MMC, "MONtech" MMC) birbaşa əməkdaşlıq edir. Gələcəkdə bu cür fəaliyyətlərin daha da genişləndirilməsi planlaşdırılır. 
Yeni Fikir Müsabiqəsi
Qeyd etdiyimiz kimi, QUTexnopark qurulduğu gündən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (startup ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcəkdir.
YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilmişdir.
YFM-ə indiyədək 150 komanda tərəfindən yeni iş fikri ilə müraciət edilmişdir ki, onlardan da 85-i layihələşdirilərək qeydiyyatdan keçmişdir. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri  2-ci mərhələyə vəsiqə qazanmışdır. Müsabiqədə 2-ci mərhələ 19-20 aprel tarixlərində yeni iş fikri müəlliflərinin münsiflər heyəti qarşısında təqdimatları həyata keçirilmiş və 19 yeni iş fikri finala vəsiqə qazanmışdır.
YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəlif təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilmişdir.
Finala vəsiqə qazanan yeni iş fikri qruplarına isə xüsusi yanaşaraq 26-27 aprel tarixlərində tanınmış təlimçilər tərəfindən seminarlar verilmişdir. Seminar-təlimlər QUTexnopark İnkubasiya Mərkəzində keçirilmişdir.
Əvvəlcə Qafqaz Universiteti məzunları, hazırda isə StartUp fəaliyyətlərində uğur qazanaraq öz şirkətlərini formalaşdırmış Orxan Əhmədov (MultiBon LLC-nin təsisçisi və direktoru) və onun iş ortağı Coşqun Kərimov finalçı gənclərlə "StartUp-çı olmaq nə deməkdir?" mövzusunda seminar keçirmişdir.
Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli məqamlardan biri də ortaya çıxarılan yeni ideyaların müvafiq formada təqdim edilə bilinməsidir. Bu istər münsiflər heyəti qarşısında, istərsə də investor marağının cəlb edilməsində mühüm əhəmiyyətə malikdir. Ona görə də finalçılara "Təqdimat bacarıqları" mövzusunda seminarın verilməsi təmin edilmişdir. Bu seminar "Azercell Telekom" MMC, Əlavə Dəyər Xidmətləri İdarəolunması Şöbəsi partnyorluq bölməsinin mütəxəssisi Ceyhun Əliyev tərəfindən təqdim edilmişdir.
Bir-birindən maraqlı keçən təlimlər növbəti gün Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkının vitse-prezidenti, QUTexnopark İdarə Heyətinin üzvü, məşhur təlimçi Dr.Ufuk Batum tərəfindən davam etdirilmişdir. Dr.Ufuk Batumun təqdimatında təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş modeli kimi önəmli məsələlər haqqında finalçılar zəruri informasiyalar əldə etmişlər. Hər bir finalçı U. Batum bəylə iş fikirləri haqqında ətraflı müzakirələr apara bilmişdir.
İstər finalçılar, istərsə də digər StartUp-çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarların QUTexnoparkın təşkilatçılığı ilə davam etdirilməsi nəzərdə tutulur.
YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün QUTexnopark tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq dəstəyi də təmin edilir.
YFM may ayının sonuna kimi başa çatacaqdır. Müsabiqələrin nəticələrinə əsasən 5 ən yaxşı iş fikrinin müəllifləri QUTexnoparkın İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcəklər. Ən yaxşı 3 iş fikrinin müəllifləri isə bununla yanaşı, Türkiyənin qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək bu texnoparkların ekosistemindən istifadə edə biləcəklər.
Texnoparklarda fəaliyyətlərin əsas başlanğıc və ya yeni iş fikirlərinin formalaşdırılaraq inkişaf etdirilməsində texnoparkın tərkibində fəaliyyət göstərən inkubasiya mərkəzləri mühüm rol oynayır. İnkubasiya mərkəzlərində fəaliyyətlər innovativ fikirlər əsasında formalaşdırılır və inkişaf etdirilir. İnkubasiya mərkəzində yeni iş fikirlərinin yeni işlərə çevrilməsi üçün əlverişli mühit formalaşdırlır.
QUTexnoparkın təsis etdiyi İnkubasiya Mərkəzi fəaliyyətini genişmiqyaslı tutaraq yeni iş fikirlərinin formalaşdırılması, həmçinin yeni iş fikirlərinin yeni işlərə çevrilməsində mühüm rol ala bilmək üçün müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır. Belə layihələrdən biri "təşəbbüskarlıq seminarları"dır. Həftədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunacaq seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərəcəkdir. 
Hazırladı: Yusif ƏLİYEV
http://www.muallim.edu.az/arxiv/2013/17/24.htm

Universitet-sənaye əməkdaşlığını təmin edən ekosistem formalaşdırılmalıdır

İsa Qasımov: “Texnoparkların inkişaf etdirilməsində universitetlərin rolunu ön plana çəkmək lazımdır”


Müsahibimiz Qafqaz Universiteti Texnoparkının direktoru dr.İsa Qasımovdur. O, bizimlə söhbətində universitetdə fəaliyyət göstərən texnoparkların fəaliyyət prinsipləri və səmərəliliyindən danışdı.

-İsa müəllim, öncə sizin direktoru olduğunuz texnopark barəsində fikirlərinizi bildirərdiniz.
- Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Bu məqsədlə iki dəfə Türkiyəyə qrup halında işgüzar səfər edilib ki, bu zaman ODTU, İstanbul Universiteti, Yıldız Texnik Universiteti, Boğaziçi Universiteti, Kocaeli Universiteti, Hacıtepe Universiteti, Bilkent Universiteti, Düzce Universiteti kimi güclü universitetlərin texnoparklarında geniş tərkibli müşahidələr aparılıb. 09-10 May 2013-cü il tarixlərində Düzcə Universitetində keçirilən “Universitet - Sənaye əməkdaşlığının cəmiyyətə faydaları” ÜSIMP 2013 VI ulusal konqresində iştirak edərək təcrübə mübadiləsi aparılıb. Qafqaz Universitetinin texnoparkı formalaşdırılarkən Türkiyə ilə yanaşı, İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən də istifadə edilib. Lakin qeyd etməliyik ki, texnoparkımız əsasən ODTU-nin texnopark təcrübəsinə daha çox əhəmiyyət verir. 2013-cü ilin yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı.
- Ümumiyyətlə, texnoparkları necə xarakterizə edərdiniz?
- Texnoparklar bir və ya bir-neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur. Texnoparkda fəaliyyət göstərən şirkətlərə, universitet innovativ elmi nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Belə desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu (şirkətlərlə ortaq fəaliyyəttlər və s.) innovativ fəaliyyərləri təmin edən məkandır. Başqa sözlə, texnoparklar insan kapitalı sürətli inkişaf etdirən quruluşlar olub, yüksək texnologiyaları istehsal edən quruluşlardır. Bu isə universitetlərin tərkibində daha aktiv olacaqdır.
Qeyd edim ki, texnoparklar əsasən, inkubasiya mərkəzi, texnoloji əməkdaşlıq ofisi, texnoloji transfer ofisi, universitet-sənaye əməkdaşlığından ibarətdir. Texnoparklarla bağlı yüksək texnologiyalar istehsalının dörd təməl tərəfi var: araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü, yetərli məlumat bazası, yetərli maliyyə dəstəyi, proqramlı bir şəkildə elmi tədqiqatların aparılması.
Texnoparkın hədəfləri isə müxtəlif standartlarla izah edilə bilər. Dünya standartlarına görə texnoparkın hədəfləri aşağıdakılardır: universitetlərin təhsil, tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək daha səmərəli nəticələr əldə etmək, sənayenin rəqabət gücünü artırmaq, yüksək texnologiyalara əsaslanan regional və iqtisadi inkişafı sürətləndirmək.
Bundan başqa deyə bilərəm ki, texnoparkların qurulmasının əsas məqsədi aşağıdakılardır: Yüksək texnologiyalara əsaslanaraq inkişaf etdirilən sənaye sahələrinin gücləndirilməsi, yeni bölgələrdə sənayenin inkişafının dəstəklənməsi, innovativ fəaliyyətlərin həyata keçirilməsi, təhsil və daha təsirli elmi-texniki nəticələrə malik fəaliyyət sahələri ilə səmərəliliyin artırılması, beynəlxalq arenada rəqabət gücünün yüksəldilməsi.
Onu da vacib qeyd etmək lazımdır ki, universitet-texnopark vəhdəti təmin olunmalıdır. Bu, aşağıdakı kriteriyalarla ölçülə bilər: universitet-texnopark vəhdətində formalaşan ekosistem İnkubasiya mərkəzlərində yeni ideyaların inkişafına zəmin verəcək.
Universitet-texnopark vəhdətində formalaşan ekosistem innovativ yanaşmanın- StartUp-ların inkişafı təmin ediləcək. Tələbələrin (magistr və ya doktorant) əmək bazarının, eləcə də sosial-iqtisadi-ictimai-siyasi inkişafın tələblərinə uyğun hazırlanacaq. Layihə çalışmalarında rol alan tələbə qruplarına, eləcə də texnoparkda fəaliyyət göstərən şirkətlərə mütəxəssis dəstəyi verən professor-müəllim heyətinin yeni-yüksək texnologiyaların tələbələrinə uyğun inkişafı təmin olunacaq.
- Universitetlərimizdə texnoparkların fəaliyyəti yenidir. Bu məsələdə nələr çatışmır?
-Bu sahə Azərbaycanda yenidir. Ona görə də ilk növbədə, beynəlxaq təcrübə öyrənilməlidir. Bununla bərabər, aşağıdakıların nəzərə alınması vacibdir: Universitetlər bu prosesə hazır olmalıdırlar. Universitet-sənaye əməkdaşlığının aktuallığı inkişaf etdirilməlidir. Texnoparkların inkişaf etdirilməsi üçün əlverişli mühit formalaşdırılmalıdır. Şirkətlərin texnoparklarda fəaliyyətinə zəmin verən təşviqedici qanunvericilik təmin edilməlidir. Yəni texnoparkda fəaliyyət göstərən şirkətlərə buradakı fəaliyyətinə görə vergi, gömrük və s. kimi güzəştlər təmin edilməlidir. Həmçinin inkişafı təmin edən elmi tədqiqat işlərinə xüsusi əhəmiyyət verilməlidir. İnkişafı təmin edən elmi-tədqiqat işləri ortaya qoya bilən şəxs və ya qruplara dövlət dəstəyi ciddi şəkildə artırılmalıdır. Texnoparkların universitetlərin tərkibində inkişafı təmin edilməlidir. Universitet-sənaye əməkdaşlığını təmin edən ekosistem formalaşdırılmalıdır.
- Son zamanlarda universitetlərdə texnoparkların yaradılması işinə dövlət xüsusi diqqət yetirir. Bu sahədə görülən işləri necə dəyərləndirərdiniz və bu məsələdə hansı təklifləriniz var?
- Dövlətin bu istiqamətdəki yanaşması təqdirəlayiqdir. Əslində bu proses cənab Prezident İlham Əliyevin “Neft kapitalı insan kapitalına çevrilməlidir” və ya “Qeyri-neft sektoru inkişaf etdirilməlidir” deyə qoyduğu hədəfləri təmin etmək üçün ən vacib addımlardan sayılmalıdır.
Təkliflərimi yuxarıda qeyd etdim. Amma təklif olaraq vurğulamaq istədiyim önəmli məqam odur ki, texnoparkların inkişaf etdirilməsində universitetlərin rolunu ön plana çəkmək lazımdır. Çünki texnoparkların fəaliyyətində yüksək texnologiyalar istehsalının dörd təməl tərəfi var: araşdırmaçı bacarıqları və həvəsi olan insan gücü, yetərli məlumat bazası, yetərli maliyyə dəstəyi, proqramlı bir şəkildə elmi-tədqiqatların aparılması.
Qeyd olunan 4 əsas məqamın 3-ü universitetlərdə formalaşır. Universitet-texnopark vəhdətində isə bu daha səmərəli nəticələri ilə dövlətin və ya cəmiyyətin inkişafına səbəb olacaq.
- Sizcə, universitetlər bu məsələdə təcrübə mübadiləsində nəyə diqqət yetirməlidirlər?
- Bu sahədə uğur qazanmış ölkələrin təcrübəsi öyrənilməli və tətbiq olunmalıdır. Məsələn, ABŞ, Türkiyə, RF, İsveç və s. kimi ölkələrin təcrübəsi öyrənilməlidir. Ciddi hədəflər qoyulmalı və prosesin monitorinqi təmin edilməlidir.
Nəzərə almalıyıq ki, dünyada ən çox valyuta tutumlu sahə elmdir. Elmin inkişafını ehtiyacların təmin edilməsi istiqamətində qurmalıyıq. Bu proses universitet-texnopark vəhdətində səmərəli nəticələr verəcək. Çox pul sərf olunan bu sahə ölkənin ümumi inkişafında ciddi rol oyanamaqla yanaşı, sərf etdiyindən çox valyuta qazanmasına səbəb olacaq. Bunu ABŞ təcrübəsində aydın görmək olar.
- Təhsil sistemində bu məsələ ilə bağlı hansı dəyişikliklərə ehtiyac var?
- Təhsil sistemində aparılan işlər konkret olaraq dövlətin, cəmiyyətin, iş dünyasının ehtiyaclarının təmin olunmasına (problemlərinin həllinə) yönəlməlidir və bu iş birtərəfli deyil, universitet-dövlət-cəmiyyət-sənaye əməkdaşlığı müstəvisində qurulmalıdır.
- Texnoparklarda hansı istiqamətlər üzrə tədqiqatlar və fəaliyyət aparılmalıdır?
- Burada texnoparkların hədəf və məqsədlərini qeyd etdim. Bunların əsasında da fəaliyyət və tədqiqatlar aparılmalıdır. Qeyd olunanlar əsasında ölkənin maraqlarını əks etdirən tədqiqatlar təmin edilməlidir.
İlkin AĞAYEV
http://palitranews.az/news.php?id=8135