QUTechnopark-ın həyata keçirdiyi "Təşəbbüskarlıq Seminarları"
laihəsi əsasında növbəti seminar 02 Noyabr 2013-cü il tarixində TÜSİAB
(Türk Sənayeçi İş Adamları Beynəlxalq Cəmiyyəti) İcra Aparatının
Rəhbəri Yasin Göralın təqdimatında “İş adamlarının investor kimi
maraqları” mövzusunda təşkil edildi.
Seminara "qardaşlıq gücündən strateji ortaqlığa" yanaşması ilə
başlayan Y. Göral Azərbaycanın makroiqtisadi göstəricilərini təhlil
edərək, iqtisadi inkişafda sahibkarlığın inkişafının zəruri amil
olduğunu vurğuladı. Bu zaman Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin
güclənən strategiyasında TÜSİAB-ın rolundan bəhs etdi. O, Qeyd etdi ki,
türkiyəli iş adamları tərəfindən Azərbaycana 4 mlrd. ABŞ dolarından çox
investisiya qoyulub.
Seminar mövzusu əsasında aşağıdakı sahələr üzrə müazkirələr aparıldı:
- Türk iş adamlarının Azərbaycanda investisiya imkanları
- İş adamı kimdir?
- İnvestor kimdir?
- İnvestorun başlıca maraqları nədir?
- StartUp-çı investorun maraqlarını cəlb etmək üçün nə etməlidir?
Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına
dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər
arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata
keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə
yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin
ortaq müzakirələri təmin olunur.
Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları müxtəlif
təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında
sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu
seminarlarda iştirak etmək hər kəsə açıqdır.
Hiç yorum yok:
Yorum Gönder