Bir
müddət öncə Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən
QUTechnopark-ı tərəfindən keçirilən “Yeni Fikir” müsabiqəsinin sayca
ikinci, 2014-cü il üçün hissəinin başlanması haqqında məlumat vermişdik.
Bu gün isə sizlərə həmin müsabiqənin təşkilatçıları tərəfindən,
müsabiqədə qalib gələcək lahiyələrə ayrılacaq qrant məbləği və
mükafatlar haqqında məlumatı paylaşmaq istərdik. ”Yeni Fikir”
müsabiqəsinin rəsmi saytından əldə edilən məlumata əsasən qaliblər
aşağıdakı Pul və digər mükafatları əldə edəcəklər:
Pul Mükafatları (Ayrılan Vəsaitlər Iş Fikirlərinin Şirkətləşməsi Üçün Xərclənəcəkdir)
- 1-ci yer 10 000 manat
- 2-ci yer 5000 manat
- 3-cü yer 3000 manat
Digər Mükafatlar
- Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı iş fikri sahibi olan 5 qrup QUTechnopark İnkubasiya Mərkəzində 1 il müddətində ofislə təmin ediləcək.
- İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər veriləcək .
- İrəli sürülən iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək veriləcək.
- İrəli sürülən iş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinə dəstək veriləcək.
- Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı və lobbiçilik dəsətəyi veriləcək
YFM
QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu
layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək
verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı)
təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr
hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar
gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM
ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti
mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər
iştirak edə bilərılər.
Müxtəlif
sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən
Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə
imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq QUTechnopark fomalaşdırıldı.
YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.
Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.
Hiç yorum yok:
Yorum Gönder