III
Sənaye Şurası "2023-ə 10 qala" adı ilə 20-22 Noyabr 2013-cü ildə
Türkiyənin paytaxtı Ankara şəhərində, ölkənin ən böyük saraylarından
birində - Konsorsium Beynəlxalq Konfrans və Sərgi Sarayında -
keçirildi. Mən
də Qafqaz Universitetinin təmsilçisi olaraq III Sənaye Şurasında
iştirak etdim və Sənaye Şurasında “Azərbaycanda Universitet - İş dünyası
əlaqələrinin mövcud vəziyyətinin təhlili” adlı elmi məqalə ilə çıxış
etdim (Məqalə dos. Şahin Durmazla birgə işlənmişdir).
3-cü
Sənaye Şurasında təcrübə mübadiləsi ilə yanaşı, texnoparkların
Azərbaycanda inkişaf etdirilməsində faydalı ola biləcək tanışlıq
görüşləri də keçirmişəm. Keçən həftə həyata keçirilən Sənaye Şurası ilə
əlaqədar fikirlərimi sizlərlə paylaşmaq istəyirəm.
"Alın
tərinə ağıl təri qatmaq" fikri Türkiyə Cümhuriyyəti Elm, Sənaye və
Texnologiya Nazirliyi tərəfindən təşkil edilən "2023-ə 10 qala" 3-cü
Sənaye Şurasında müxtəlif tərəflərin təmsilçiləri tərəfindən dəfələrcə
səsləndirildi. Belə ki, ölkənin baş naziri, nazirləri, universitet
rektorları, elm adamları, sənayeçilər, texnopark rəhbərləri, dövlət
məmurları və qeyri hökumət təşkilatlarının nümayəndələrinin birgə
müzakirələr apardığı III Sənaye Şurasında bütün tərəflər Türkiyənin
2023-cü il hədəflərinə aparacaq yolları araşdırdılar.
265
Şura üzvü, 1600 içtirakçının təmsil olunduğu Sənaye Şurasında
Türkiyənin sənaye gücünün artırılması, eləcə də ixrac potensialının
çoxaldılması yolları birlikdə müzakirə olundu. Türkiyə 2023-cü ildə
500 mlrd. dollar dəyərində ixrac gücünə sahib olmağı hədəfləyir. Türkiyə
qarşıya qoyulan hədəfə çatmaqla dünyanın ən güclü iqtisadiyyatına malik
10 ölkəsindən biri olmaq iddiasındadır. Bu məqsədlə iqtisadi inkişafı
təmin edəcək, tətbiq yönümlü elmi araşdırmalara (ArGe çalışmalarına)
əhəmiyyət verən Türkiyə, elm adamları ilə sənayeçinin birgə fəaliyyətini
təmin etməkdədir. Bu prosesdə universitet-sənaye əməkdaşlığının inkişaf
etdirilməsində nizamlayıcı-təşviqedici mövqeyini inkişaf etdirən
Türkiyə hökuməti 2023 hədəflərinə çatmaq üçün istər elm adamlarının,
istərsə də sənayeçinin əsaslandırılmış bütün ehtiyaclarını ödəməyi
planlaşdırır.
"İnkişaf
etmiş ölkələrin yüksək texnoloji nəticələrini izləməklə birinci olmağın
mümkün olmadığının" vurğulandığı Sənaye Şurasında güclü iqtisadiyyata
malik ölkə ola bilmək üçün yüksək texnologiyaların istehsalı,
sahibkarlığın təşviq olunması, universitetlərdə təşəbbüskar mühitin
inkişaf etdirilməsi, üstün xüsusiyyətlərə malik insan resurslarının
hazırlanması, insan resurslarının səmərəli istifadəsi, mühəndislik
peşəsinin təməl elmlərinin daha da inkişaf etdirilməsi və s. kimi
məsələlər haqqında tövsiyə qərarları alındı.
Qeyd
olundu ki, güclü sənayenin formalaşması üçün dünya ilə rəqabətə davamlı
yüksək texnologiyalar istehsal olunmalıdır. Bu məqsədlə
universitetlərlə sənayenin əməkdaşlığı hərtərəfli inkişaf
etdirilməlidir. Bu aspektdə texnoparkların inkişaf etdirilməsinə xüsusi
əhəmiyyət verilən Şurada güclü texnoparkların arxasında güclü və
təşəbbüskar universitetlərin olduğu vurğulanarkən, universitetlərin də
güclənməsində texnoparkları rolunun zəruriliyi önə çəkildi.
3
gün davam edən Sənaye Şurasında alınan tövsiyə qərarları və Şurada
təqdim olunan elmi məqalələr birlikdə kitab halında çap olunaraq
istifadəyə veriləcəkdir.
http://www.ecolifejurnal.com/yazarlar/dos-isa-qasimov/alin-trin-agil-tri-qatmaq-lazimdir/17/
Hiç yorum yok:
Yorum Gönder