4 Kasım 2013 Pazartesi

Azer.Net MMC yeni layihələrini təqdim etdi


Azer.Net MMC yeni layihələrini təqdim etdi
   Qafqaz Universiteti Texnoparkında fəaliyyət göstərən Azer.Net MMC "Software Development Group" layihəsi əsasında 22 oktyabr 2013 tarixində "Kompüter mühəndisliyi" və "İnformasiya texnologiyaları - sistemləri mühəndisliyi" 4-cü kurs tələbələri ilə görüş keçirmişdir.
    Təqdimat zamanı tələbələr şirkətin proqram təminatı və informasiya sistemləri sahəsində layihələri ilə bağlı məlumatlandırılmışdır. Teknopark ofisində davam edən layihələrə iştirak etmək tələbələrə şirkətin təklif etdiyi güzəştlər və imkanlar paketi haqqında məlumat verilmişdir.
    Hazırda şirkətin layihələrində "Software developer - Web", "Software developer - Mobile", "Database specialist" və "Business analyst" profillərində kadrlar tələb olunur.

Seçim mərhələsində iştirak etmək istəyən tələbələr http://software.azer.net ünvanında yerləşən CV müraciət formasından istifadə edəbilərlər.

Hiç yorum yok:

Yorum Gönder