Universitet-sənaye
əməkdaşlığının inkişaf etdirilməsinə real töhfələr verən Qafqaz
Universiteti növbəti bir beynəlxalq konfransa ev sahibliyi edir. Bu
barədə universitetdən məlumat verilib. Qurulduğu tarixdən etibarən
fəaliyyətində universitet-iş dünyası əməkdaşlığına xüsusi əhəmiyyət
verən Qafqaz Universiteti bu yanaşmanın əhəmiyyətini nəzərə alaraq
texnopark fəaliyyətinə də başlayıb.
Sosial-iqtisadi
inkişafa səmərəli töhfələr vermək üçün fəaliyyətini genişləndirən
Qafqaz Universiteti hazırladığı məzunları (kadrları), eləcə də
elmi-tədqiqatların istiqamətini iş dünyası ilə əməkdaşlıq əsasında
həyata keçirir. Universitet-iş dünyası əməkdaşlığı təsərrüfatın müxtəlif
sahələrində mövcud olan fərqli problemlərin birgə həllində mühüm rol
oynayır. Belə bir yanaşma isə universitetin fəaliyyətini daha da
səmərəli edir. Universitetdə həyata keçirilən fəaliyyətlərin iş
dünyasının problemlərinin həllində müsbət rol oynaması isə iş
adamlarının əməkdaşlığa maraq göstərməsinə səbəb olur. İş dünyasının
təmsilçiləri olan şirkətlərin daimi inkişafetmə (böyümə) maraqları
universitetlərdə formalaşdırılmış ekosistemlərin imkanları ilə təmin
edilir. Universitetlərdə sənayeçilərin maraqlarını təmin edən
ekosistemlər isə universitet-iş dünyası əməkdaşlığının səmərəli
nəticəsidir.
Dünyanın inkişaf etmiş ölkələrində universitetlər səmərəli fəaliyyətləri ilə cəmiyyətin hərtərəfli inkişafında mühüm rol oynayırlar. Türkiyənin Fatih Universiteti ilə birgə təşkil edilən “Universitet-iş dünyası əməkdaşlığı” konfransında Azərbaycandan dövlət və özəl sektora aid müəssisələrin nümayəndələri, iş adamları, mütəxəssislər və tələbələrlə yanaşı, Türkiyədən xeyli mütəxəssis və iş adamları da iştirak edir. Konfransda universitet-iş dünyası əməkdaşlığının fərqli sahələrində səmərəli inkişafın metodları, eləcə də qarşıya çıxan problemlərin həlli istiqamətində mütəxəssislər tərəfindən təqdimatlar ediləcək.

İlkin