25 Aralık 2013 Çarşamba

İnnovasiya seminarları

 


























İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq inkişaf etdirilir

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə əməkdaşlıq inkişaf etdirilirQafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov görüşdü. 
Görüşdə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark)  İdarə Heyətinin sədri Dos. Şahin Durmaz və QUTechnopark-ın müdiri Dos. İsa Qasımov, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun səlahiyyətli nümayəndələri də  iştirak etdi.
İKT-nin inkişafı və tətbiqinin sürətləndirilməsi istiqaməti üzrə müzakirələr aparan tərəflər bu sahədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğuladılar. 
QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi (YFM) əsasında layihələrin inkişafında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun nizamnaməsinə uyğun dəstəklərin ayrılması müzakirə edildi.

AzMİU-da YFM-nin təqdimatı keçirildi

AzMİU-da YFM-nin təqdimatı keçirildi23 Dekabr 2013 -  Azərbaycan Memarlıq və İnşaat Universitetində YFM-nin təqdimatı keçirildi.
Təqdimatın keçirilməsində bizə köməklik edən AzMİU rəhbərliyinə, xüsusilə elm və texnika işləri üzrə prorektor prof. Arif Rza oğlu Şərifova, Beynəlxalq Əlaqələr üzrə Koordinator dosent  Könül Əliyevaya və universitetin tələbə təşkilatına təşəkkür edirik.
    

Seymur İlyasovun təqdimatında "İstehsalatda Toyota üsulu və Yalınlaşdırma" seminarını keçirdi

QUTechnopark "İstehsalatda Toyota üsulu və Yalınlaşdırma" seminarını keçirdi
Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.
21 dekabr 2013-cü il tarixində keçirilən seminar Sumqayıt Kimya Sənaye Parkı Azertexnolayn MMC Hidrotexniki Avadanlıqlar Zavodu Müdiri Seymur İlyasovun təqdimatında " İstehsalatda Toyota üsulu və Yalınlaşdırma " mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.
Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:
  •      Toyota  ağıllı istehsalata niyə keçmək məcburiyyətində qaldı?
  •      Keçidə haradan və necə başladı?   Nə qədər müvəffəq oldu?
  •      Yalınlaşdırma bir şirkəti necə və nə qədər inkişaf etdirə bilər?
Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

Azərbaycan Texniki Universitetində YFM-nin təqdimatı

Azərbaycan Texniki Universitetində YFM-nin təqdimatı
17 dekabr 2013 - Azərbaycan Texniki Universitetində YFM 2014 Layihəsinin təqdimatı keçirildi.
YFM 2013 Layihəsində Azərbaycan Texniki Universitetinin tələbə və məzunları aktiv olmuşdular. Bu Layihədə daha da aktivlik gözləyirik.
Təqdimatın keçirilməsində köməklik göstərdiklərinə görə AzTU-nun rəhbərliyinə və fəal tələbələrinə təşəkkür edirik.

İş adamları QUTechnopark-ın qonağı olduları

İş adamları QUTechnopark-ın qonağı oldularıFranklinCovey şirkətinin (Turkiyə) direktoru Suresh Gunaratnam, TexnoYapı şirətinin (Turkiyə) sahibi Kadir Tolga Erpinar və VİP CON şirkətinin (Azərbaycan) sahibi Ramiz Məmmədli Azərsu ASC HR direktoru Rahib bəylə birgə QUTechnopark-ın qonağı oldular.