Divarqezeti.com xəbər
verir ki, Qafqaz Universiteti Elektron Məlumat Sisteminin bazara təklif
edilməsinin təmin edilməsi istiqamətində Azərnet şirkəti ilə əməkdaşlıq
protokolu imzalayıb. Qeyd edilirki 10-ilə yaxındırki Qafqaz
universitetində elektron universitet sistemi tətbiq olunur.
Protokolun
mövzusu, Təhsil Nazirliyinin müvafiq əsasnamələrini və Bolonya
prosesinin tələblərini nəzərə alaraq Qafqaz Universiteti nəzdində mövcud
olan Elektron Məlumat Sistemini inkişaf etdirərək Təhsil Nazirliyi və
digər tərəfdaşlarla (ali təhsil müəssisələri) işgüzar əməkdaşlıq
çərçivəsində satışını təmin etməkdir.
Bu
Protokol çərçivəsində Qafqaz Universitetinin Elektron Məlumat Sistemi
analiz olunacaq və yeni tədbirlər planı hazırlanacaq.Təkmilləşdirilən
Sistem Qafqaz Universitetində əvəzsiz tədbiq olunacaq, daha sonra satış
məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif olunacaq. Avropa
universitetlərinində tətbiqinə ehtiyacı olduğu bu sistem ilkin mərhələdə
Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrinə təklif
olunacaq.
Qafqaz
universitetinin rektoru professor Ahmet Saniç sistemin boloniya
prosesinə uyğun olduğundan tələbələrin sərbəst dərs seçməsi ,imtahan
sistemini avtomatikləşdirilməsi , elektron kitabxana sistemini özündə
əks etdirdiyini bildirərək qafqaz universitetinin bu sahədədə ilkə imza
atdığını qeyd edib.
Azərbaycanda ilk dəfə Qafqaz universitetində fəaliyyət göstərən Texno parkın fəaliyyətindədə bu sistemin mühüm rolu var
Universitetin
dossenti Abuzetdin Adamov interaktiv lövhədə sistemin işləmə prosesi və
istifadə qaydaları ilə tədbir iştirakçılarını tanış edib.
Hiç yorum yok:
Yorum Gönder