13 Aralık 2013 Cuma

Qafqaz Universiteti mexanika mühəndisliyi laboratoriyaları istifadəyə verilib

Qafqaz Universiteti mexanika mühəndisliyi laboratoriyaları istifadəyə verilibDekabr ayının 9-da Qafqaz Universiteti mexanika mühəndisliyi laboratoriyaları binası istifadəyə verilib. Laboratoriyalar binası  “bp-Azərbaycan” şirkəti və Qafqaz Universitetinin birgə layihəsi çərçivəsində yaradılıb. Tədbir iştirakçıları əvvəlcə yeni labaratoriyalar binası ilə tanış olublar. Bildirilib  ki,binada ümumilikdə Mexanika mühəndisliyi fakülətəsi tərkibində 11 labaratoriya fəaliyyət gösətərəcək.Laboratoriyalar ən müasir avadanlıqlarla təchiz olunub. Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç ölkədə təhsilə göstərilən dövlət qayğısından danışıb. Deyib ki, bu labaratoriyalar “BP-Azərbaycan” şirkəti ilə Qafqaz Universiteti arasında bağlanan memoranduma əsasən qurulub. Binada universitetin tələbələrinə ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almağa şərait yaradılıb. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə  üzrə regional prezidenti  Qordon Birrel isə deyib ki, layihə Qafqaz Universiteti ilə uğurlu tərəfdaşlığın davamıdır. Bildirib ki, BP dünya səviyyəli  yerli mütəxəssislərin və işçi qüvvəsinin yetişdirilməsi istiqamətində ARDNŞ-in və Təhsil Nazirliyinin göstərdiyi səylərə dəstək olmaq üçün sıx əməkdaşlıq edir. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də  çıxış edərək laboratoriyaların istifadəyə verilməsini yüksək qiymətləndirib. Prezident İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb. Dövlət başçısının “Qara qızılı insan kapitalına çevirmək” kəlamını xatırladan natiq  təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən danışıb. Bildirib  ki,müasir tələblərə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında laboratoriyanın əhəmiyyətli rolu olacaq. Təhsil Nazirinin müavini Ceyhun Bayramov da bildirib ki, laboratoriyalar ölkənin inkişafı üçün çox mühüm olan bir sahəni ixtisas seçən tələbələrin bütün lazımi bilik, vərdiş və bacarıqları əldə etməsində faydalı bir tədris vasitəsi olacaq. Çıxış edən digər natiqlər də qeyd ediblər ki, laboratoriyalar Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək çox böyük bir sərmayədir. Qafqaz Universitetində bu laboratoriyaların qurulması mexanika  mühəndisliyinin yüksək səviyyədə inkişafında böyük rol oynayacaq.

Hiç yorum yok:

Yorum Gönder