25 Aralık 2013 Çarşamba

Seymur İlyasovun təqdimatında "İstehsalatda Toyota üsulu və Yalınlaşdırma" seminarını keçirdi

QUTechnopark "İstehsalatda Toyota üsulu və Yalınlaşdırma" seminarını keçirdi
Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən QUTechnopark Təşəbbüskarlıq seminarları silsiləsindən növbəti seminarı keçirdi.
21 dekabr 2013-cü il tarixində keçirilən seminar Sumqayıt Kimya Sənaye Parkı Azertexnolayn MMC Hidrotexniki Avadanlıqlar Zavodu Müdiri Seymur İlyasovun təqdimatında " İstehsalatda Toyota üsulu və Yalınlaşdırma " mövzusunda təşkil edildi. Seminarda müxtəlif universitetlərin tələbə və magistrları, eləcə də məzunları iştirak etdi.
Seminar mövzu əsasında aşağıdakı sahələr üzrə təqdimatlar aparıldı:
  •      Toyota  ağıllı istehsalata niyə keçmək məcburiyyətində qaldı?
  •      Keçidə haradan və necə başladı?   Nə qədər müvəffəq oldu?
  •      Yalınlaşdırma bir şirkəti necə və nə qədər inkişaf etdirə bilər?
Xatırladaq ki, ”Təşəbbüskarlıq Seminarları” Sahibkarlığın inkişafına dəstək layihəsidir.Layihənin həyata keçirilməsində məqsəd gənclər arasında təşəbbüskar yanaşmanı inkişaf etdirməkdir. Bu aspektdə həyata keçirilən programlarda universitet-sənaye əməkdaşlığı inkişaf etdirməklə yanaşı, təşəbbüskar gənclərlə iş dünyasının təcrübəli şəxsiyyətlərinin ortaq müzakirələri təmin olunur.
Şənbə Günləri keçirilən Təşəbbüskarlıq seminarları  müxtəlif təlimçilər tərəfindən təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda iştirak etmək hər kəsə açıqdır.

Hiç yorum yok:

Yorum Gönder