Qafqaz
Universitetinin rektoru prof. Ahmet Saniç ilə Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru
Elçin Zeynalov görüşdü.
Görüşdə Qafqaz Universiteti Texnoparkı
(QUTechnopark) İdarə Heyətinin sədri Dos. Şahin Durmaz və
QUTechnopark-ın müdiri Dos. İsa Qasımov, həmçinin İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fondunun səlahiyyətli nümayəndələri
də iştirak etdi.
İKT-nin
inkişafı və tətbiqinin sürətləndirilməsi istiqaməti üzrə müzakirələr
aparan tərəflər bu sahədə əməkdaşlığın gücləndirilməsinin zəruriliyini
vurğuladılar.
QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsi
(YFM) əsasında layihələrin inkişafında İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət Fondununun nizamnaməsinə uyğun dəstəklərin ayrılması
müzakirə edildi.
Hiç yorum yok:
Yorum Gönder