30 Ekim 2012 Salı

BP Xəzər Qafqaz Universitetində karyera təqdimatı keçirdi FOTOLAR


Oktyabr ayının 30-da BP Xəzər şirkəti Qafqaz Universiteti tələbələri ilə növbəti görüşü keçirmişdir. Görüşün əsas məqsədi BP Xəzərdə karyera imkanları, təcrübə proqramları və yay məktəbi mövzularında məlumatlandırma xarakteri daşıyırdı. 
Tədbir Karyera Planlama Mərkəzinin müdiri İsa Qasımovun açılış sözləri ilə başladı. Görüşdə BP Xəzərin hədəf qrupu olan müxtəlif ixtisaslardan 300-ə yaxın tələbə iştirak etmişdir. 
Keçirilən tədbirdə BP Xəzəri Məzunların İşə Qəbulu və Neft-Qaz Mütəxəssislərinin Qəbulu Proqramı üzrə Rəhbəri, Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı rəhbəri, İşə Qəbul və Marketin üzrə Koordinatoru, Universitətlərlə Əlaqə və Təqaüd üzrə məsləhətçisi, İşə Qəbul üzrə məsləhətçisi, İnsan Qaynaqları üzrə məsləhətçisi, və bir çox mühəndis mütəxəssislərdən ibarət 13 nəfərlik heyət təmsil edirdi. Təqdimatdan sonra BP heyəti tələbələrlə üzbəüz görüşərək tələbələrin suallarını cavablandırdılar.