Dünən “AzərNet” şirkəti ilə Qafqaz
Universitetinin birgə həyata keçirdiyi “Elektron universitet”
layihəsinin təqdimatı keçirildi.
Qafqaz Universitetində keçirilən tədbirdə
universitetin rektoru Ahmet Saniç layihə haqqında məlumat verərək, bu
proqramın Azərbaycanda təhsilin daha da inkişaf etməsində faydalı
olacağını bildirdi: “Bildiyiniz kimi, bolonya sistemi tələbənin daha çox
dərs seçməsinə şərait yaradır. Bu da müəllimin birdən artıq imtahan
götürməsi deməkdir. Bunları köhnə sistemlə kağız üzərində tətbiq etmək
hər zaman hesablamada çətinlik yaradırdı. Lakin hazırladığımız sistem
bütün bu prosesləri avtomatik olaraq həyata keçirəcək. Biz bu layihənin
Azərbaycanın digər universitetlərində də tətbiq olunmasını arzu edirik.
Onu da qeyd edim ki, bu proqram universitetimizin “Texno Park”ında
inkişaf etdirilərək, distant təhsil üçün də əlverişli hala gətiriləcək”.
Tədbirdə iştirak edən “AzərNet” şirkətinin nümayəndəsi Anar Novruzov
bu sahədə 10 illik təcrübəsi olan Qafqaz Universiteti ilə birgə
əməkdaşlıqdan məmnun olduğunu ifadə etdi. Proqramın önəminə diqqət çəkən
A. Novruzov “Elektron universitet” layihəsinin ölkədə gedən
elektronlaşma sisteminin tərkib hissəsi olduğunu bildirdi: “Bizim
məqsədimiz Qafqaz Universitetinin hazırladığı bu layihəni daha da
inkişaf etdirərək, ticari məhsula çevirmək və layihənin həm Azərbaycanda
həm də xarici ölkələrdə təsdiqinə nail olmaqdır”. Qeyd edək ki,
proqramın gələcəkdə “smartfon” və “planşet” mobil telefonlara da tətbiq
olunması nəzərdə tutulur.
Xəyalə Sadıqova
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=53981
Hiç yorum yok:
Yorum Gönder