"CRDF
Global" şirkətinin Proqram Meneceri Evgeniy Krasowski Azercell Telekom
MMC-nin nümayəndələri ilə birgə QUTechnopark-ı ziyarət etdilər. (11
Dekabr 2013)
QUTechnopark-la tanış olduqdan sonra, qarşılıqlı əməkdaşlığın persdpektivləri ilə bağlı görüş keçirildi.
QUTechnopark-ın
həyata keçirdiyi Yeni Fikir Müsabiqsəi iştirakçılarının ideyanın
şirkətləşdirilməsi (və ya nəticələrin səmərəliliyinin artırılması) üçün
lazım olan mentor və ya təlim kimi proseslərdə, həmçinin beynəlxalq
təcrübədən faydalanmaq üçün həyata keçiriləcək tədbirlərin təşkilində
"CRDF Global" şirkətinin imkanlarından istifadə oluna biləcəyi, görüşün
başlıca müzakirə obyektlərindən oldu.
Qeyd
edək ki, "CRDF Global" şirkəti iqtisadi artıma elm və texnologiyanın
tətbiqini təşviq edərək ixtira, innovasiya, sahibkarlıq və
texnologiyanın kommersiyalaşdırılmasına dəsətk verərək, beynəlxalq
əməkdaşlığa əhəmiyyət verən tanınmış şirkətlərdəndir.
Hiç yorum yok:
Yorum Gönder