14 Mart 2013 Perşembe

QUTECHNOPARK ODTU Texnoparkının təcrübəsinə əhəmiyyət verir.

Qafqaz Universiteti rektoru prof. Ahmet Saniçin rəhbərliyində nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfər məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər QUTECHNOPARK-da   (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.

Səfər zamanı ilk görüş Mart ayının 6-da ODTU-nin rektoru ilə başladı. Görüş zamanı Qafqaz Universiteti rektoru prof.Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirdi. Bu işdə ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə etdi. ODTU rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirdi və daha çox İnformasiya Texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələri ola biləcəyindən danışdı.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi və ODTU rektoru prof. Ahmet Acar Qafqaz Universitetinə dəvət edildi.
Daha sonra ODTU Texnoparkında müşahidə və görüşlərə davam etdirildi. Xatırladaq ki, QUTECHNOPARK-ın təşkil etdiyi işgüzar səfərdə nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri Dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satıç rəhbəri Fədai Abdullayev də iştirak edir.

13 Mart 2013 Çarşamba

Qafqaz Universiteti Türkiyədə texnoparkların fəaliyyəti ilə tanış olur

Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniçin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərin məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər "QUTECHNOPARK"-da (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən universitetdən bildirilib ki, səfər zamanı ilk görüş Ortadoğu Teknik Universitetinin (ODTU) rektoru ilə keçirilib. Görüş zamanı Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirib.

Bu işdə ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib.

ODTU rektoru professor Ahmet Acar əməkdaşlıqdan məmnun olduğunu bildirərək, informasiya texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələri ola biləcəyindən danışıb. Xatırladaq ki, "QUTECHNOPARK"-ın təşkil etdiyi işgüzar səfərdə nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti rektoru Ahmet Saniç ilə birgə "QUTECHNOPARK" İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, "QUTECHNOPARK"-ın müdiri Dos. İsa Qasımov, "QUTECHNOPARK"-da fəaliyyət göstərən şirkətlərin idarəçilərindən "Azer.Net" MMC-nin direktoru Anar Novruzov, "SENTRA" MMC-nin icraçı direktoru Ümid Vəliyev, "MONtech" MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir.

HƏQİQƏT
http://ictnews.az/read-22350-news-1.html

12 Mart 2013 Salı

Qafqaz Universitetinin nümayəndələri İstanbul Texniki Universitetinin texnoparkı ilə tanış olmuşlar

Bakı, 11 mart (AzərTAc). Türkiyədə səfərdə olan Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçin rəhbərliyi ilə nümayəndə heyəti İstanbul Texniki Universitetində (İTU) olmuşdur.

Səfərin məqsədi Qafqaz Universitetinin texnoparkında inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstərən texnoparkların işi ilə yaxından tanış olmaqdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan təmsilçiləri əvvəlcə İTU-nun rektoru, professor Əhməd Karaca ilə görüşmüşlər.
Sonra nümayəndə heyəti İTU-nun texnoparkı ilə tanış olmuş, texnoparkın rəhbəri Nazire Pekerin müşayiəti ilə müşahidələr aparmışlar.
Türkiyədə fəaliyyət göstərən 40-dan artıq texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU-nun texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi-tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı idi. Bunlarla yanaşı, texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir.
Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyəti ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir.
Qafqaz Universiteti texnoparkıının təşkilatçılığı ilə qardaş ölkədə səfərdə olan nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti texnoparkı idarə heyətinin üzvü Şahin Durmaz, müdiri, dosent İsa Qasımov, bu texnoparkda fəaliyyət göstərən şirkətlərin rəhbərlərindən “Azer.Net” MMC-nin direktoru Anar Novruzov, “SENTRA” MMC-nin icraçı direktoru Ümid Vəliyev, “MONtech” MMC-nin satış rəhbəri Fədai Abdullayev də daxildirlər.

“Qafqaz” Türkiyədəki texnoparkların təcrübəsini öyrənir

12 March, 2013, Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniçin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərdə məqsəd Türkiyə Cümhuriyyətində fəaliyyət göstərn texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. 

Səfərin ilk günü onlar nümayəndə heyətimiz Orta Doğu Texniki Universitetində (ODTU) olub. Burada keçirilən görüşdə Ahmet Saniç bildirib ki, Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) da bu təhsil ocağının təcrübəsindən faydalanır. Rektor gələcəkdə də bu sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını dilə gətirib. O, ODTU rektoru prof. Ahmet Acarı Qafqaz Universitetinə də dəvət edib. ODTU-nun rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirib.

 İstanbul Texnik Universitetinin  (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanışlıq da maraqlı keçib. Əvvəlcə, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyyəti ilə Texnoparkda müşahidələr aparıblar. Türkiyədə fəaliyyət göstərən 40-dan artıq texnopark arasında ən böyük maddi-texniki bazaya malik olan İTU-nun texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi-tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar olduqca maraqlı olub. Məlumat üçün bildirək ki, Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyəti ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir.
Qeyd edək ki, bu işgüzar səfərdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK (Qafqaz Universiteti Texnoparkı) İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, bu qurumun müdiri dos. İsa Qasımov, eləcə də Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edirlər.

11 Mart 2013 Pazartesi

Qafqaz Univerisitetinin nümayəndə heyəti İTU ARI Texnoparkı ilə tanış oldu

Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texnik Universitetinin  (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış oldular. Əvvəlcə, İTU-nun rektoru prof. Ahmet Karaca ilə görüşən nümayəndə heyəti, daha sonra ARI Texnoparkın genel müdiri Nazire Pekerin müşaiyyəti ilə Texnoparkda müşahidələr apardılar.
Türkiyədə fəaliyyət göstrərən 40-dan çox texnoparklar arasında ən böyük maddi-texniki bazaya malik olan İTU ARI Texnoparkında şirkətlərin fəaliyyəti, onların elmi- tədqiqatlara marağı və bu işdə rolu, əldə edilən nəticələrin səmərəliliyi kimi məqamlar  olduqca maraqlı idi. Bunlarla yanaşı, Texnoparkın bu və ya digər fəaliyyətlərdə İTU-nun professor-müəllim heyəti, eləcə də tələbə-magistr-doktorant-məzun kollektivinin yaxından iştirakı, həmçinin bu cür yanaşmadan əldə edilən innovativ nəticələr ölkə sənayesinin inkişafında ciddi rola malikdir.
Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan İTU texnoparkdakı fəaliyyətləri ilə ölkənin ümumi inkişafında əvəzedilməz fəaliyyətlər gerçəkləşdirir. 
Xatırladaq ki, QUTECHNOPARK-ın (Qafqaz Universiteti Texnoparkı) təşkilatçılığı ilə təşkil edilən işgüzar səfərdə Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri Dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satış rəhbəri Fədai Abdullayev də iştirak edir. Səfərin məqsədi QUTECHNOPARK-da inkişafın sürətləndirilməsi üçün Türkiyədə fəaliyyət göstrərən texnoparkların işi ilə yaxından tanış olmaqdır.
Dos. Isa Qasımov 

3 Mart 2013 Pazar

Təşəbbüskarlıq universitetlərdə bir fənn kimi tədris olunmalıdır



Qafqaz Universiteti tələbələrin bilik və təcrübələrini artırmaları üçün hər ay dünyanın məşhur alimlərini Azərbaycana dəvət edərək seminarlar təşkil edir.

Universitetin növbəti qonaqlarından biri Türkiyənin Orta Doğu Texniki Universitetinin Menecmentlik fakültəsinin müəllimi, eyni zamanda Türkiyənin ən böyük və birinci Texnoparkının vitse-prezidenti doktor Ufuk Batumdur.
- Ufuk bəy, “texnopark” nədir?
- “Texnoparklar” gənclərin fikir və düşüncələrini həyata keçirmələrində əvəzsiz yerə sahib universitet daxilində qurulmuş mərkəzlərdir. Universitetlərin elmi təcrübə və araşdırma işlərinin ticarətə və sənayeyə faydasını təmin etmək üçün texnoparklara böyük ehtiyac var. Məzunlar universitetlərdə qurulmuş bu mərkəzlərin dəstəyi ilə sərmayədarlarla görüşür, yeni ideya və layihələrini həyata keçirmək imkanı əldə edirlər. İnkişaf etmiş ölkələrdə bu sahədə 40-50 illik, Türkiyənin isə 15-20 illik təcrübəsi var. Biz də Orta Doğu Texniki Universiteti (ODTU) olaraq, Qafqaz Universiteti vasitəsilə bütün Azərbaycanla bu sahədə sahib olduğumuz təcrübə və biliklərimizi paylaşmaq istəyirik.
- Siz artıq dörd gündür Bakıda seminar verirsiniz. Bu seminarlarla bağlı nə deyə bilərsiniz?
- Dörd gün ərzində Qafqaz Universiteti Texnoparkının ilk müdavimləri, tədris işçiləri ilə yanaşı, dövlət sektorunda fəaliyyət göstərən gənclər, eləcə də özəl sektorda fəaliyyət göstərən sahibkarlardan ibarət fərqli sahələrin nümayəndələri ilə seminarlarımız oldu. Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində keçirilən seminar-təlimlərin iştirakçılarının müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkar və elmi-tədqiqatçılardan ibarət olması yeni və maraqlı fikirlərin formalaşmasına zəmin verdi. Seminar iştirakçılarına qrup şəklində fikir və düşüncələrini layihə formasında təqdim etmək fürsəti verdik. Ayrılan vaxtın az olmasına baxmayaraq, sual-cavab şəklində keçən seminarlarda iştirakçılar arasında yenilikçi fikirləri formalaşdıran diskussiyaların, yeni, maraqlı işlərin, layihələrin şahidi olduq.
- Azərbaycan gənclərində “təşəbbüskarlıq” ruhu hiss edilirmi?
- Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının 70-80%-i neft və təbii qazdan asılıdır. Bu təbii zənginlik ölkənin inkişafı üçün mühümdür. Amma bununla yanaşı, qeyri-neft sahəsinin də inkişafına ehtiyac var. Azərbaycanda təşəbbüskarlıq gənc bir sahədir. Amma bir az diqqətlə baxdıqda çox müasir texnoloji xüsusiyyətlərə sahib, yenilikçi gənclərin bu sahədəki yüksək potensialını müşahidə etmək mükündür. Təşəbbüskarlıq gənclərə universitetlərdə bir fənn kimi keçilməli, bu barədə onlara seminarlar verilməlidir. Yeni layihələr, ideyalar sahibi olan savadlı gəncləri sərmayədarlarla görüşdürmək lazımdır. Çünki istənilən bir işdə müəyyən məbləğdə maddi ehtiyata ehtiyac var. Buna “Ekosistem” (Ecosystem) adı verilir. Ekosistem universitetdən başlayır. Texnoparklar vasitəsilə iş adamlarının, şirkətlərin diqqətini universitetin müəllimlərinə, tələbələrinə, məzunlarına yönəldərək, ölkənin rifah səviyyəsini qaldırmaq mümkündür. Yeni layihələr hazırlayan gənclər texnoparklar vasitəsilə layihələrini reallaşdıraraq, öz şirkətlərini quracaqlar, insanları işə götürəcəklər, bu yolla da cəmiyyətdəki işsizlərin sayını azaldacaqlar. Hətta indi idxal olunan bir çox məhsullar burada istehsal olunacaq və bir müddət sonra onları dünya ölkələrinə ixrac etmək mümkün olacaq. Nəticədə dövlətin üzərindən böyük yük olan iş qurma, iş inkişaf etdirmə problemi öz-özünə həll olmuş olacaq. Məsələn, ODTU Texnoparkının köməkliyi ilə universitetin məzunları nəqliyyatla bağlı layihələrini həyata keçirib pul qazanırlar. Layihəyə əsasən, maşın sıxlığı yaşanan yollara nəzarət edilərək ehtiyaca uyğun şəkildə işıqforun “yaşıl” və “qırmızı” işıqları yandırılır. Bu yolla uzun müddət işıqforda dayanan avtomobillərin sıxlıq yaratmasının qarşısı alınır. Artıq Türkiyənin bir neçə şəhərində gənclərin bu layihəsindən istifadə olunur.
- Azərbaycanlı tələbələri necə dəyərləndirərdiniz?
- Mən artıq dörd ildir Azərbaycana gəlib-gedirəm. Bu müddət ərzində, əlbəttə ki, azərbaycanlı tələbələr haqqında ümumi fikirlərim formalaşıb. Bundan əlavə, Türkiyədə dərs dediyim müddətdə hər il ən azı bir-iki azərbaycanlı tələbəm olub. Türkiyədəki tələbələrlə buradakılar arasında heç bir fərq yoxdur. Hər iki ölkənin tələbələri yaradıcı və yenilikçi ruha malikdir, ancaq bu potensialı ortaya çıxarmağı bacarmaq lazımdır.
- Siz bir çox dünya ölkələrində seminarlar vermisiniz. Azərbaycan haqqında düşüncələriniz...
- Azərbaycan mənim üçün çox mühüm bir yerə sahibdir. Dörd-beş ildən sonra yenidən Bakıya gələndə çox böyük inkişafın şahidi oldum. Budəfəki gəlişimdə daha güclü iqtisadiyyata malik bir ölkə gördüm. Mən iqtisadiyyatı neft üzərində qurulmuş Səudiyyə Ərəbistanı, Oman kimi bir çox ölkələrdə seminarlar vermişəm. Bu ölkələrin əsas problemi neftdən başqa, digər iqtisadi sahələrə maraq göstərməmələri və neft bitdikdən sonra nə edəcəklərini düşünməmələridir. Azərbaycanda isə əksinə, qeyri-neft sənayesi sahələrinə diqqət var. Bu gün sas məsələ gəncliyi iş dünyasına təşviq etmək və universitetlərdə texnoparklar qurmaqdır. Türkiyənin son dövrlər əldə etdiyi uğurlar sırf bu sistem üzərində qurulub. Ölkədə bu sahədə işlər 15-20 il bundan əvvəl başlayıb. Türkiyədə qəbul edilmiş bir qanunla universitetlərdə texnoparkların qurulması təşviq olunmuşdu. Buna bənzər bir inkişafı mən Azərbaycanda da gözləyirəm. 4-5 ay bundan əvvəl texnoparkın qurulması barədə bilik və təcrübələrimi Qafqaz Universiteti ilə paylaşmışdım. İndi sevinərək deyə bilərəm ki, burada bir çox işlər artıq görülmüşdür. Universitetin bu yeni texnoparkında gənclər ideya və düşüncələrini ticarətə çevirə biləcəklər. Qafqaz Universiteti iyirmi ilini tamamladı. Əksər şirkətlər ilk qurulduqları zaman nümayiş etdirdikləri həvəs, həyəcanı sona qədər qoruya bilmirlər. Qafqaz Universitetinin bu illər ərzində əldə etdiyi uğurlar və başladığı işi eyni tempdə davam etdirə bilməsi böyük müvəffəqiyyətdir.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=47207&columnistId=0