13 Kasım 2013 Çarşamba

Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi çərçivəsində tədbir keçirəcək

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 14-18 noyabr 2013-cü ildə "Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi çərçivəsində tədbir keçirəcək.
Layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır.

Tədbir günlərində "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan”, "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları”, "İnnovasiyalı cəmiyyətə doğru”, "Müasir nanotexnologiyalar” adlı seminarlar həyata keçiriləcək.

Eyni zamanda Qış Məktəbi günlərində elmi-innovativ işlərin, elm-təhsil mübadilə proqramlarının təqdimatlarının, beynəlxalq təşkilatların elmi mübadilə proqramlarının təqdimatlarının, eyni zamanda mədəni-idman tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Qış Məktəbinin açılış mərasimi 14 noyabr saat 15.00-da Olimpik İdman və İstirahət Mərkəzində (Novxanı qəsəbəsi) təşkil olunacaq. Açılış mərasimində dövlət qurumlarının rəsmiləri, gənc alim və tədqiqatçılar, KİV təmsilçiləri iştirak edəcəklər.
Tədbir digər günlərdə də Olimpik Oteldə davam edəcək.

Qış Məktəbində AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş iştirakçılar iştirak edəcəklər.
http://www.mia.az/w99919/%E2%80%9CG%C9%99nc_Aliml%C9%99r_%C3%BC%C3%A7%C3%BCn_Q%C4%B1%C5%9F_m%C9%99kt%C9%99binin_t%C9%99%C5%9Fkili%E2%80%9D_layih%C9%99si_%C3%A7%C9%99r%C3%A7iv%C9%99sind%C9%99_t%C9%99dbir_ke%C3%A7ir%C9%99c%C9%99k/

Hiç yorum yok:

Yorum Gönder