2013-cü ili ilk olaraq Azərbaycanın ilk vençur fondu olan İnfipro İnc. şirkətinin təşkil etdiyi və demək olar ki, Azərbaycanın ilk Startup müsabiqəsi olan “Baku Startup Competition” açdı.
Bundan sonra Startup Azərbaycan, Baku Startup Weekend, Yeni Fikir, StartupDays müsabiqələri keçirildi. Qafqaz Universiteti Texnoparkı ilə yanaşı Yüksək Texnologiyalar Parkının yaranması və Dövlət İKT fondunun köməyi ilə Startup layihələrə qrant və kreditlərin ayrılması proqramı əlamətdar hadisələr oldu. Hətta bu il ABŞ-ın Shark Tank verilişinin analoqu olan İdeya Qazandı tele verilişinin də yaranması qarşımızda gələn bir-iki ildə ölkəmizdə Startup bumuna gətirib çıxaracağına artıq şübhə yoxdur.
Indi isə Qafqaz Universiteti Texnoparkının təşkil etdiyi Yeni Fikir müsabiqəsinin 2-ci 2014-cü il üçün raundu başlanması elan edildi.
YFM QUTechnopark-ın təşkil etdiyi sahibkarlığa dəstək layihəsidir. Bu layihəni keçirməklə QUTechnopark ölkədə sahibkarlığın inkişafına dəstək verir. Bununla belə, gənclər arasında təşəbbüskarlığı (sahibkarlığı) təşviq edir ki, bu da öz növbəsində elmi tədqiqatlarda, eləcə də kadr hazırlığı işində keyfiyyətin yüksəlməsinə səbəb olur. YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır.
YFM ildə bir dəfə keçirilir. Müsabiqədə təkcə Qafqaz Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan bütün gənclər iştirak edə bilərılər.
Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Beynəlxalq təcrübəyə əsaslanaraq QUTechnopark fomalaşdırıldı. YFM QUTechnopark-ın həyata keçirdiyi müxtəlif layihələrdən biridir.
Bu müsabiqənin məqsədi texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Bu sahələr isə: başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyalari və istehlakçi elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s.
Hədəf
- Ölkənin və regionun inkişafında rol oyanaya biləcək, beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması;
- Təşəbbüskar düşüncənin inkişaf etdirilməsi.
- Məhsulunu pula çevirə biləcək iş fikirlərinin şirkətləşməsini təmin etmək.
Bütün fikir və ideyalar müəllifin mülkiyyəti kimi qorunur.
Mükafatlar
- Münsiflər heyəti tərəfindən seçilən ən yaxşı iş fikri sahibi olan 5 qrup QUTechnopark İnkubasiya Mərkəzində 1 il müddətində ofislə təmin ediləcək.
- İrəli sürülən ideyanın şirkətləşməsi istiqamətində mentor dəstəyi və gərəkli təlimlər veriləcək .
- İrəli sürülən iş fikrinin şirkətləşməsi istiqamətində investor tapa bilmək üçün dəstək veriləcək.
- İrəli sürülən iş fikrinin şirkətləşməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinə dəstək veriləcək.
- Media (KİV) vasitəsi ilə diqqətləri cəlb etmək imkanı və lobbiçilik dəsətəyi veriləcək
- QUTechnopark
- İKTETM (İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi)
- Qafqaz Universiteti, Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi
- İEEE Azərbaycan şöbəsi
- SOCAR
- AR İqtisadi İnkişaf Nazirliyi Iqtisadi Islahatlar Elmi-Tədqiqat Institutu
- TUSİAB
- İpək Yolu Sahibkarlığa Dəstək İctimai Birliyi
http://1net.az/yeni-fikir-2014-layih%C9%99sin%C9%99-start-verildi/
Mənə 5.000.000.00 ABŞ dolları məbləğində kredit verən kredit şirkəti digər kredit investorları mənim təklifimi laqeyd etsələr də mr benjamin lee mənə müvəffəqiyyət borcu verərlər. Onlar birbaşa kredit maliyyələşdirmə və investisiya baxımından layihədədirlər. kapital bazarları fondlarına çıxış əldə etmək istəyən şirkətlərə və şəxslərə maliyyələşdirmə həlləri təqdim edir, layihənizi maliyyələşdirməyə və ya işinizi genişləndirməyə kömək edə bilərlər .. E-poçt Əlaqə :::: Lfdsloans@outlook.com və ya da yazın
YanıtlaSilwhatsapp nömrəsi + 1- (989-394-3740)