21 Kasım 2013 Perşembe

“Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi iştirakçıları ilə görüş keçirildi.


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 14-18 noyabr 2013-cü ildə "Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi çərçivəsində tədbir keçirildi.
“Gənc Alimlər üçün Qış məktəbinin təşkili” layihəsi iştirakçıları ilə görüş keçirildi.Layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.6 bəndinə uyğun olaraq gənc tədqiqatçılar arasında rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, elmi gəncliyin fəaliyyətinin daha səmərəli qurulması və potensialının reallaşdırılmasına, gənclərin orijinal elmi-texniki ideyalarının, yeni elmi innovasiyaların ortaya çıxmasına optimal şərait yaradılması məqsədini daşıyır.
Proqram iştirakçıları ilə Qafqaz Universiteti Texnoparkı (QUTechnopark) rəhbərliyinin görüşü də baş tutdu. Belə ki, QUTechnopark İdarə Heyətinin sərdi Dos. Şahin Durmaz və QUTechnopark-ın müdiri Dos. İsa Qasımov "Univeristet-Texnopark vəhdətində gələcəyə sərmayə" mövzusunda təqdimatla proqram iştirakçılarına seminar verdilər. Seminar zamanı QUTechnopark-ın fəaliyyəti və perspektivləri xüsusi maraqla qarşılandı. Çoxsaylı suallar cavablandırıldı.
Proqram əsasında digər təlimçilər tərəfindən  "Texnoparklar: dünya təcrübəsi və Azərbaycan”, "Biznes inkubatorlar: Azərbaycanda tətbiqi imkanları”, "İnnovasiyalı cəmiyyətə doğru”, "Müasir nanotexnologiyalar” adlı seminarlar da təqdim edilmişdir.
Qış Məktəbində AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alimlər, doktorantlar, eyni zamanda digər elmi-tədqiqat müəssisələrində və Universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar arasından seçilmiş iştirakçılar iştirak edirdilər.

Hiç yorum yok:

Yorum Gönder