Tədbirdə
Təhsil naziri Mikayıl Cabbarov, AMCHAM-ın prezidenti İlqar Vəliyev,
ölkəmizdə fəaliyyət göstərən şirkət və biznes qurumlarının nümayəndələri
iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsi ilə
biznes dünyası arasındakı əlaqələrin perspektiv inkişafına dair
fikirlərini bildirib. Nazir qeyd edib ki, təhsilin bütün pillə və
səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas
vəzifələrdəndir: “İnsanların gələcək professional karyera qurması üçün
əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri
sırasındadır. Bunun üçün təhsil müəssisələri ilə biznes qurumları
arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes
dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin
gələcək professional inkişafına dəstək vermək məsələsində də fəal
olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür”. Nazir təhsil
müəssisələrinin fəaliyyətinin əsasən, nəzəri biliklər, biznes
qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxunub,
yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirib.
AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay
təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa
səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması,
işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin
dəstəklənməsi təşəbbüsü ilə çıxış edib. Təhsil Nazirliyinin ilk
peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində inkişafına nail
olmaq üçün kompleks tədbirlər həyata keçirdiyini bildirən nazir bu
baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində nəzərdə
tutulan tədbirlərin uğurla həyata keçirildiyini söyləyib. Təhsil naziri
deyib ki, ilk peşə-ixtisas təhsil sahəsində qabaqcıl təcrübəyə malik bir
sıra ölkələrlə əməkdaşlığın nəticəsi olaraq peşə təhsili
müəssisələrində mühüm yeniliklərin tətbiqinə başlanılıb: “Təhsil
Nazirliyi biznes dünyasının da bu layihələrə qoşulmasının və
texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır. Biznes qurumları ilə
əməkdaşlığa cəlb olunan insanların, ilk növbədə, təhsilinə yardım
edilməsi ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunan nazir onu
da qeyd etmişdir ki, nazirlik biznes qurumlarından gələn təşəbbüsləri
dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirir.
/Rəcəb Rza http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=52129 |
27 Eylül 2013 Cuma
Təhsil naziri: “Biznes dünyası peşə təhsilinə dəstək verməlidir”
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder