Türkiyədə Texnopark Təcrübəsi Proqramı başa çatdı.
Sahibkarlığın inkişafına dəstək proqramlarından olan TTTP gənc
təşəbbüskarların (girişimçilərin) iştirakı ilə Türkiyə Cümhuriyyətində
fəaliyyət göstərən aparıcı texnoparklarda həyata keçirildi. Təcrübə
Proqramın məqsədi gənc təşəbbüskarların şirkətləşmə istiqamətində nəzəri
və praktiki potensiallarının artırılması ilə yanaşı, fəaliyyətdə olan
təşəbbüskar firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıqların
formalaşdırılması idi.
Təcrübə Proqramının iştirakçıları QUTechnopark-ın həyata keçirdiyi Yeni
Fikir Müsabiqəsinin (YFM) ən yaxşı iş fikirlərinin müəllifləridir.
Türkiyədə Texnopark Təcrübəsi proqramı 12-31 Avqust 2013 tarixinlərində
Yıldız Texniki Universiteti (YTU) Texnoparkı, İstanbul Texniki
Universiteti (İTU) Texnoparkı və Orta Doğu Texniki Universiteti (ODTU)
Texnoparkında həyata keçirildi. Bununla belə, TTTP iştirakçıları Fatih
Universitetində də görüşlər keçirərək, bu universitetin mühəndislik və
digər sahələri üzrə uğurları ilə yaxından tanış oldular. Fatih
Universitetində TTTP iştirakçılarını həmin universitetin Mühəndislik
Fakülətisinin dekanı professor Cevdet Meriç bey qarşıladı.
YFM-nin qalibləri hesab olunan proqram iştirakçıları təcrübə zamanı
texnoparklarda formalaşıb inkişaf edən, eləcə də texnoparklarda mövcud
olan ekosistemin imkanlarında faydalanaraq böyüməsini təmin edən
müxtəlif şirkətlərdə təcrübə qazandılar.
TTTP iştirakçıalrı təcrübə proqramında əldə etdikləri bilik və
bacarıqlardan istifadə edərək öz şirkətlərini formalaşdıracaqlar.
Xatırladaq ki, TTTP iştirakçıları QUTechnopark-ın təşkil etdiyi Yeni
Fikir Müsabiqəsinin qalibləri olaraq QUTechnopark İnkubasiya Mərkəzində
bir il müddətində ofislə təmin olunublar.
QUTechnopark-ın təşkil etdiyi TTTP Qafqaz Universiteti və TİKA Bakı Koordinatorluğunun maliyyə dəstəyi ilə həyata keçirildi.
Yıldız Texniki Universiteti (YTU) Texnoparkında
Təcrübə proqramının iştirakçıları YTU Texnoparkının rəhbərliyi
tərəfindən yüksək səviyyədə qarşılandı. Əvvəlcə, YTU Texnoparkının genel
müdiri Dr. Mahmud Karaman proqram iştirakçıları ilə görüşərək,
texnoparkın ümumi fəaliyyəti haqqında məlumat verdi. İş fikri profilinə
uyğun firma müəyyənləşdirilməsindən sonra, texnoparkla ümumi tanışlıq
gəzintisi təşkil edildi.
Proqramın ikinci günündə YTU Texnoparkı Texnoloji Transfer Ofisinin
(TTO) Şirkətləşmə və Təşəbbüskarlıq modulu üzrə uzmanı Emre Ötenkuşun
təqdimatında seminar-təlim keçirildi. Seminar-təlim Proqram
işçtirakçılarının xüsusi marağına səbəb oldu. Seminar-təlimdə
Azərbaycanda və Türkiyədə təşəbbüskarlıq imkanları da müqayisəli təhlil
edildi və gələcəkdə əməkdaşlıq edilə biləcək istiqamətlər haqqında
müzakirələr aparıldı.
Proqram əsasında gənc təşəbbüskarlar YTU Texnoparkında fəaliyyət
gösətərən CGM, FİNTEK, UYUMSOFT, YAZ BİLGİ, İPERA, TTO, NUKLEON, NEUTEC
və s. şirkətlərdə qrup və ya fərdi olaraq şirkətləşmə istiqamətində iş
fikri profillərinə uyğun görüşlər keçirildi, müzakirələr aparıldı,
gələcəkdə ola biləcək iş ortaqlıqlarının təməlləri formalaşdırıldı.
İstanbul Teknik Universitetinin (İTU) Texnoparkında
YTU Texnoparkından sonra, TTTP iştirakçıları İTU ARI Texnoparkında 3 gün ərzində (21-23 avqust 2013) təcrübə keçdilər.
Proqramın birinci günündə İTU ARI Texnoparkı İş Gəlişdirmə üzrə
direktoru Arzu Eryılmazın təqdimtaında “İTU ARI Texnoparkı və ARI
Çekirdek” mövzusunda seminar keçirildi. Daha sonra isə İTU Texnoparkı
ARI Çekirdek-də müşahidələr aparıldı. Müşahidələr zamanı Ön Kulucka və
Kuluçka Mərkəzləri ilə tanışlıq maraqla qarşılandı. Ön Kuluçka
Mərkəzində şirkətləşməkdə olan layihələr üzrəində iş aparılarkən,
Kuluçka Mərkəzində isə artıq şirkətləşmiş layihələr üzrəində təcrübə
mübadiləsi aparıldı.
TTTP iştirakçıları ARI Çekirdek Kuluçka Mərkəzində fəaliyyət göstərən
ABIDOS, İMONA, BELLUM, BUNSAR, TVY DƏNIZCILIK şirkətlərinin qurucuları
ilə tək-tək görüşərək təcrübə mübadiləsi apardılar.
TTTP iştirakçıları İTU-nin zəngin laboratoriya şəraiti ilə də yaxından tanış oldular.
İTU Texnoparkında təcrübə zamanı ABC Danışmanlıq Tanıtım və Eğitim Ltd.
Şirkətinin qurucusu, tanınmış təlimçi Yekta Özözerin təqdimatında
keçirilən “İNNOVASİYA” seminar xüsusi marağa səbəb oldu. Seminar gənc
təşəbbüskarlar üçün çox faydalı oldu.
Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkında
İstanbulda başlayan TTTP 26 avqust 2013-cü il tarixindən etibarən Ankarada davam etdirildi.
TTTP iştirakçıları Ankarada, əvvəlcə, ODTU Texnoparkında
oldular. İlkin tanışlıqdan sonra ODTU texnoparkının vitse-prezidenti Dr.
Ufuk Batumun təqdimatında seminarda iştirak etdilər.
Seminarda azəbaycanlı gənc təşəbbüskarlarla yanaşı, Liviyanın dövlət
nümayəndələri də iştirak edirdilər. Liviyadan gəlmiş nümayəndə heyəti
ODTU texnoparkı ilə iş birliyi məqsədi ilə görüşlər keçiridilər. Görüş
zamanı Liviya nümayəndə heyəti ilə ODTU arasında memorondum da
imzalandı.
Təcrübə proqramının ikinci günü TTTP iştirakçıları ODTU-nin dəstəyi ilə
Ankara Kalkınma Ajansı və KOSGEB Ankara Ostim İşlətmə Gəliştirmə
Mərkəzlərində görüşlər keçirdilər.
ODTU texnoparkında müxtəlif şirkətlərdə təcrübə mübadiləsi aparan TTTP
iştirakçıları, həmçinin Kazım Yalçınoğlu, Hürsel Kendir və Emek Kepenek
kimi təcrübəli mütəxəssislərdən təlimlər də aldılar.
TTTP iştirakçıları İstanbul və Ankaranın görməli yerlərində
Təcrübə Proqramının iştirakçıları boş vaxtlarında İstanbul və Ankaranın tükənməz turizm potensialındam fayadlandılar.
Türkiyədə Texnopark Təcrübəsi Proqramının iştirakçıları
Adı ve Soyadı
|
Təhsil aldığı Universitet
|
Layihə adı
|
Layihənin profili
| |
|
İsa Qasımov (QUTechnopark-ın müdiri)
|
Təcrübə ProqramınınRəhbəri
| ||
Bəşirzadə Nəcməddin
|
Qafqaz Universiteti
|
Alternativyanacaq
|
Kimya, hidrojenin alınması
| |
Kənan Şıxəliyev
|
Qafqaz Universiteti
|
Alternativyanacaq
|
Kimya, hidrojenin alınması
| |
Nazim Nağızadə
|
QafqazUniversiteti
|
Alternativyanacaq
|
Kimya, hidrojenin alınması
| |
Farahim Alili
|
Az.Texniki Univer
|
İvanna
|
Mobile web-app
| |
Nərmin Ismayılova
|
Bakı Dövlət Universit
|
İvanna
|
Mobile web-app
| |
Nadir Hajiyev
|
Qafqaz Universiteti
|
İvanna
|
Mobile web-app
| |
Sama Belyani
|
Qafqaz Universiteti
|
Hyper buyer
|
e-satış
| |
Sina Belyani
|
Qafqaz Universiteti
|
Hyper buyer
|
e-satış
| |
HamedMohammadpour
|
Bakı Dövlət Universit
|
Hyper buyer
|
e-satış
| |
Tofiq Hidayətzadə
|
Xezri
|
elektromobil
| ||
Məhəmməd Əliyev
|
T.C.İstanbulUniversiteti
|
Callidus
|
biletlerin e-satışı
| |
Balaşirin Əhmədov
|
Az.Döv.İqtisadUniversi
|
Robotteknikler
|
manyetik motor
| |
Nərmin Əliyeva
|
Qafqaz Universiteti
|
Azshop
|
e-satış malzemeleri)
|
Hiç yorum yok:
Yorum Gönder