Qafqaz Universitetinin Sahibkarlığın İnkişafı və Tədqiqatı mərkəzi
qırxdan çox yeni üzvü ilə bu smestr ilkin görüş keçirdi. Müraciət etmiş
və müsahibədən müvəffəqiyyətlə keçmiş tələbələr mərkəzin Qafqaz Biznes
Forum adlanan tələbə qolunun üzvləri oldular. İlkin görüşə
universitetdən mərkəzə üzv olan müəllim və tədqiqatçılarla yanaşı Qaqaz
Biznes Forumunun köhnə və həmçinin yeni üzvləri də qatıldılar.Tədbir
Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzinin direktoru Adiljan
Abdurazzak tərəfindən açıq elan edildi və həmçinin o əvvəlki ildə üzvlər
tərəfindən qazanılmış uğurlar barədə məlumat verib mərkəzin gələcəkdəki
planlarından danışdı. Çıxışda keçən ildə mərkəzin tələbə üzvlərinin
uğurla başlatdığı və icra etdiyi dörd biznes və sosyal əhəmiyyətli
layihələr və həmin layihələrin tələbələrə qazandırdığı
sahibkarlıq bacarıqlarının əhəmiyyəti vurğulandı. Sahibkarlığın İnkişafı
və Tədqiqatı mərkəzinin tələbə üzvlərindən ibarət Qafqaz Enactus
Komandası Azərbaycan daxilində 13 universitetin komandaları arasında
birinci yerə layiq görülərək Azərbaycanı Meksikada keçirilən dünya
çempionatında təmsil etdi. Tələbə üzvlər sosyal və ekoloji əhəmiyyətli
layihələrini müvəffəqiyyətlə Azərbaycanda həyata keçirdilər və onlar
biznes aləmindən fərqli şirkətlər və sahibkarlarla işləyərək həmin
şirkətlərin marketing və inkişaf strategiyasını təkmilləşdirmək üçün
çalışdılar. Bu gün SİTM üzvlərindən beş nəfər Avropa universitetlərində
təhsillərini davam etdirirlər. Həmçinin keçən il beş üzv tələbə qabaqcıl
beynəlxalq şirkət və təşkilatlar tərəfindən iş təklifi
almışdı. Sahibkarlığın İnkişafı və Tədqiqatı Mərkəzinin müəllim və
tədqiqatçı üzvləri Füzuli Əliyev, Xatirə Yusifova və Etibar Hüseynli də
mərkəzin gələcəyi barədə üzv tələbələrə öz düşüncə və tövsiyyələrini
bildirdilər. İlkin görüş mərasimi köhnə və yeni üzvlərin bir birini
tanıması üçün təşkil edilən sosyal fəaliyyətlə yekunlaşdı.
Hiç yorum yok:
Yorum Gönder