28 Şubat 2013 Perşembe

Qafqaz Universiteti Texnoparkı “Yeni fikir” müsabiqəsinə start verdi

Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) “Yeni fikir” müsabiqəsi təşkil edir.

QUTECHNOPARK və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən “Yeni Fikir” Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına xitab edir. “Yeni fikir” müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. 
 Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi  “www.yenifikir.az” saytına daxil olaraq, “online” qeydiyyatdan keçməlidirlər. 
“Yeni fikir” müsabiqəsinin qalibləri QUTECHNOPARK tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcəklər. Bununla belə, müsabiqənin nəticələrinə görə, ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində fəaliyyət göstərmək imkanı qazanacaqlar. 
Bu müsabiqə haqqında ətraflı məlumat almaq istəyənlər Qafqaz Universiteti Texnoparkına (QUTECHNOPARK) müraciət etməklə bərabər, “www.yenifikir.az” saytından da istifadə edə bilərlər. 
 

Qafqaz Universiteti Texnoparkı

Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) Yeni Fikir Müsabiqəsi təşkil edir. QUTECHNOPARK və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən Yeni Fikir Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına xitab edir. 

Yeni Fikir Müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi www.yenifikir.az saytına daxil olaraq online qeydiyyatdan keçməlidirlər. Yeni Fikir Müsabiqəsinin qalibləri QUTECHNOPARK tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin edəcəkdir. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində faəliyyət göstərmək imkanı qazanacaqlar. Yeni Fikir Müsabiqəsi haqqında ətraflı məlumat almaq istəyənlər Qafqaz Universiteti Texnoparkına (QUTECHNOPARK) mürəciət etməklə bərabər, www.yenifikir.az saytından da istifadə edə bilərlər.

http://www.hafta-ichi.az/news.php?id=86448

QUTECHNOPARK “Yeni fikir” müsabiqəsi təşkil edir

Bakı, 27 fevral (AzərTAc). Qafqaz Universiteti texnoparkı (QUTECHNOPARK) “Yeni fikir” müsabiqəsi təşkil edir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, QUTECHNOPARK və ona tərəfdaş şirkətlərlə ortaq həyata keçirilən “Yeni fikir” müsabiqəsində Azərbaycanın bütün universitetlərinin tələbə və məzunları iştirak edə bilər.
Müsabiqənin əsas məqsədi ölkəmizdə gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin aşkar edilməsinə töhfə verməkdir.
Müsabiqədə iştirak etmək istəyənlər ideyalarını layihə şəklində hazırlayaraq, martın 25-dək www.yenifikir.az saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.
Qaliblər QUTECHNOPARK tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcəkdir. Bundan əlavə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Türkiyənin Orta Doğu Texniki Universitetinin texnoparkında bir ay müddətində fəaliyyət göstərmək imkanı qazanacaqlar.
Maraqlananlar müsabiqə barədə ətraflı məlumatları Qafqaz Universiteti texnoparkından və www.yenifikir.az saytından ala bilərlər.

Qafqaz Universiteti Texnoparkı Yeni Fikir Müsabiqəsinə start verdi


Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) Yeni Fikir Müsabiqəsi təşkil edir. QUTECHNOPARK və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən Yeni Fikir Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına xitab edir. 

525.az-ın məlumatına görə, Yeni Fikir Müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhvə verməkdir. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi  www.yenifikir.az saytına daxil olaraq online qeydiyyatdan keçməlidirlər.

Yeni Fikir Müsabiqəsinin qalibləri QUTECHNOPARK  tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin edəcəkdir. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində faəliyyət göstərmək imkanı qazanacaqlar. Yeni Fikir Müsabiqəsi haqqında ətraflı məlumat almaq istəyənlər Qafqaz Universiteti Texnoparkına (QUTECHNOPARK) mürəciət etməklə bərabər, www.yenifikir.az saytından da istifadə edə bilərlər.
S.QARAYEVA

http://www.525.az/site/?name=xeber&news_id=6050

Texnoparkla bağlı Yeni Fikir Müsabiqəsi keçirilir


Qafqaz Universiteti Texnoparkı (QUTECHNOPARK) Yeni Fikir Müsabiqəsi təşkil edir. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə universitetdən məlumat verilib.

Məlumatda bildirilir ki, "QUTECHNOPARK" və ona partnyor şirkətlərlə ortaq həyata keçirilən Yeni Fikir Müsabiqəsi təkcə Qafqaz Universiteti tələbələrinə deyil, eyni zamanda Azərbaycanın bütün universitetlərinin tələbə və məzunlarına aiddir.

Yeni Fikir Müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycanda gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinə nail olmaqla yanaşı, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə verməkdir. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ideyalarını layihə şəklində hazırlayaraq, 25 mart 2013-cü il tarixinə kimi "www.yenifikir.az" saytına daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Yeni Fikir Müsabiqəsinin qalibləri "QUTECHNOPARK" tərəfindən istər ofis şəraiti ilə, istərsə də digər amillərlə təmin ediləcək. Bununla belə, müsabiqənin nəticələrinə görə ilk 3 yerə sahib olan layihə müəllifləri Orta Doğu Texnik Universitetinin Texnoparkında bir ay müddətində fəaliyyət göstərmək imkanı qazanacaqlar
http://ictnews.az/read-22026-news-1.html

5 Şubat 2013 Salı

Qafqaz Universiteti Texnoparkının ilk müdavimləri məzun oldu

Qafqaz Universiteti Texnoparkı təsis olunduqdan sonra, qısa zamanda işini genişləndirərək, geniş bir fəaliyyətə imza atdı. Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə 30 yanavr - 03 fevral 2013-ci il tarixlərində həyata keçirilən "Təşəbbüskarlıq" seminarları uğurla başa çatdı. Seminarın müdavimləri sertifikatlarla təltif olundular Qafqaz Universiteti Texnoparkının ilk müdavimləri tədris işçiləri ilə yanaşı, dövlət sektorunda fəaliyyət göstərən gənclər, eləcə də özəl sektorda fəaliyyət göstərən sahibkarlardan ibarər fərqli sahələrin nümayəndələri oldular.
Xatırladaq ki, seminarlar ODT Texnoparkının vitse-prezidenti, məşhur təlimçi Dr. Ufuk Batumun təqdimatında həyata keçirildi.

Qafqaz Universitetində təşəbbüskarlıq seminarları başa çatdı

Qafqaz Universiteti Texnopark- ının təşkilatçılığı ilə həyata keçirilən “Təşəbbüskarlıq” semi narları başa çatıb. 30 yanvar – 03 fevral 2013-cü il tarixlərində keçirilən seminarlar istər  sahibkarlar, istərsə də akademik heyət tərəfindən yüksək maraqla qarşılanıb.

 Orta Doğu Texniki Universiteti (ODTU) Texnoparkının vitse-prezidenti Dr. Ufuk Batum tərəfindən verilən seminar-təlimlərin gündəliyi aşağıdakı kimi davam etdirildi:
Qafqaz Universitetində təşəbbüskarlıq seminarları başa çatdı<b style="color:red"></b>
 1-ci gün:Buzları qırmaq: Oyun/beyin fırtınası, profillər və “təşəbbüskar”ın izahı, qərar vermə prosesləri

 2-ci gün:Qlobal dinamikanın nəzərə alınması (bu bölmədə iş dünyasına təsir edən, rəqabət amilini nəzərə alan, dünya bazarını müzakirə edən 14 mühüm prosesin açıqlanması və izahı

 3-cü gün:Qrupların formalaşması və qrup fəaliyyətlərinin başlanması, iş fikirlərinin formalaşdırılması, innovativ düşüncə sistemlərinin istifadə edilməsi, iş modelləşdirilməsinə giriş

 4-cü gün:İş modellərinin tətbiq olunması, müştərilərin seçilməsi və ya müəyyənləşdirilməsi, bazar seqmentlərinin müəyyənləşdirilməsi, dəyər mexanizmi, dağıtım kanalları, müştəri əlaqələri, gəlir modeli, təməl fəaliyyətlər, təməl qaynaqlar, iş ortaqlıqları, büdcə quruluşu.

Sunum üsulları, sərmayeçi əlaqələri, hər bir qrupun sunumları, tamamlama yorumları, sual-cavab.

Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində keçirilən seminar-təlimlərin iştirakçılarının müxtəlif sahələrdə fəaliyyət göstrərən sahibkar və elmi-tədqiqatçılardan ibarət olması yeni və maraqlı fikirlərin formalaşmasına zəmin verdi. Yüksək inteqrasiya şəraitində keçən seminar-təlimlər iştirakçılar arasında yenilikçi fikirləri formalaşdıran diskusiyalarla müşahidə olunub.
Seminar-təlimlərin iştirakçıları sertifikatlarla təltif olunublar.

S.QARAYEVA
http://www.525.az/site/?name=xeber&news_id=5350

Qafqaz Universitetinin texnoparkı fəaliyyətini genişləndirir

Bakı, 5 fevral (AzərTAc). Qafqaz Universitetinin texnoparkı fəaliyyətini genişləndirir.
Universitetdən AzərTAc-a bildirmişlər ki, bu ali məktəbin rəyasət heyətinin və Elmi Şurasının qərarı ilə təhsil müəssisəsinin təkibində texnopark təsis edilmişdir. Əsasən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə fəaliyyətlərini davam etdirən texnopark gələcəkdə digər istiqamətlərdə də innovativ ideyalara dəstək verməyi planlaşdırır.
İnnovativ ideyaların inkişafında və tətbiqində maraqlı olan bu qurumun Türkiyənin Orta Doğu Texniki Universiteti texnoparkı ilə əməkdaşlığı inkişaf edir. 

4 Şubat 2013 Pazartesi

Qafqaz Universitetində “Təşəbbüskarlıqda yeni fürsətlər” adlı seminar keçirilir

Qafqaz Universiteti Texnoparkı məşhur təlimçi Dr.Ufuk Batumun təqdimatında “Təşəbbüskarlıqda yeni fürsətlər” seminarını təşkil edib.
Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, seminarda Qafqaz Universitetinin bakalavr və magistr tələbələri ilə yanaşı, məzunları da iştirak edib:

“Qafqaz Universiteti Texnoparkının İnkubasıya Mərkəzində keçirilən seminar gənclər arasında yeni fikirlərin inkişaf etdirilməsinə, innovativ yanaşmanın tədris sisteminə inteqrasiyasının sürətləndirilməsinə yönəlik istiqamətverici müzakirələrlə davam etdirilib.

Qafqaz Universiteti Texnoparkının seminarlarının maraqla qarşılanmasını və əhəmiyyətini nəzərə alaraq, gələcəkdə bu fəaliyyətlərin vaxtaşırı keçirilməsini planlaşdırır”.

Mirvari Kamilqızı
Gün.Az

Universitetin Texnoparkının ilk müdavimləri məzun oldu

Qafqaz Universiteti Texnoparkının təşkilatçılığı ilə 30 yanvar – 03 fevral 2013-ci il tarixlərində həyata keçirilən “Təşəbbüskarlıq” seminarları uğurla başa çatıb. Seminarın müdavimləri sertifikatlarla təltif olunublar. Texnoparkının ilk müdavimləri tədris işçiləri ilə yanaşı, dövlət sektorunda fəaliyyət göstərən gənclər, eləcə də özəl sektorda fəaliyyət göstərən sahibkarlardan ibarər fərqli sahələrin nümayəndələri olublar.
Xatırladaq ki, seminarlar ODTÜ Texnoparkının vitse-prezidenti, məşhur təlimçi Dr. Ufuk Batumun təqdimatında həyata keçirilib.
 
Nigar
http://qafqazinfo.az/site/UNIVERSITETIN_TEXNOPARKININ_ILK_MÜDAVIMLƏRI_MƏZUN_OLDU-35597-xeber.html

Texnoparklarla bağlı seminarlar keçiriləcək

Texnoparklarla bağlı seminarlar keçiriləcək

Qafqaz Universiteti Texnoparkı məşhur təlimçi Dr. Ufuk Batumun təqdimatında "Təşəbbüskarlıqda yeni fürsətlər" seminarını təşkil edib. Seminarda Qafqaz Universitetinin bakalavr və magistr tələbələri ilə yanaşı, məzunları da iştirak edib.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Qafqaz Universiteti mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev məlumat verib. Onun sözlərinə görə, Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində keçirilən seminar gənclər arasında yeni fikirlərin inkişaf etdirilməsinə, innovativ yanaşmanın tədris sisteminə inteqrasiyasının sürətləndirilməsinə yönəlik istiqamətverici müzakirələrlə davam etdirilib:

"Qafqaz Universiteti Texnoparkı seminarların maraqla qarşılanmasını və əhəmiyyətini nəzərə alaraq, gələcəkdə bu fəaliyyətlərin vaxtaşırı keçirilməsini planlaşdırır".

HƏQİQƏT 
http://www.ictnews.az/read-21396-news-1.html 

1 Şubat 2013 Cuma

Qafqaz Universitetində texnopark fəaliyyət göstərir

Qafqaz Universitetinin Mətbuat xidmətindən verilən məlumata görə, bu ali məktəbin rəyasət heyətinin və Elmi Şurasının qərarı ilə təhsil müəssisəsinin tərkibində texnopark təsis edilib. İlk vaxtlar əsasən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə fəaliyyət göstərən texnopark gələcəkdə digər istiqamətlərdə də innovativ ideyalara dəstək verməyi planlaşdırır. İnnovativ ideyaların inkişafında və tətbiqində maraqlı olan bu qurum Türkiyənin Orta Doğu Texniki Universitetinin texnoparkı ilə sıx əməkdaşlıq əlaqələri qurmuşdur.
Qafqaz Universiteti texnoparkının təşkilatçılığı ilə bu il yanvarın 30-dan fevralın 3-dək bu ali təhsil ocağında təşəbbüskarlıq seminarları keçirilmişdir.
Təhsil işçiləri ilə yanaşı dövlət sektorunda fəaliyyət  göstərən gənclər, eləcə də özəl sektorda çalışan sahibkarlardan ibarət fərqli sahələrin nümayəndələri seminarların müdavimləri olmuşlar. Seminarlar Türkiyənin Orta Doğu Texniki Universiteti texnoparkının vitse-prezidenti, tanınmış təlimçi Utuk Batum tərəfindən keçirilmişdir. Müdavimlərə sertifikatlar verilmişdir. 
Yusif ƏLİYEV