28 Mayıs 2013 Salı

YFMFinal Mərhələsi uğurla başa çatdı

QUTechnopark-ın (Qafqaz Universiteti Texnoparkı) 25 Mart 2013-25 May 2013 tarixlərində təşkil etdiyi Yeni Fikir Müsabiqəsinin (YFM) Final Mərhələsi uğurla başa çatdı. 19 layihə qrupunun yarışdığı finalda həm dövlət, həm də özəl sektorun tanınmış mütəxəssisləri münsiflər heyətində yer aldı.

Xatırladaq ki, istər Qafqaz Universiteti, istərsə də digər təhsil ocaqlarından olmaqla gənc təşəbbüskarlar tərəfindən YFM-yə 150 komanda yeni iş fikri ilə mürəciət edilmişdir ki, onlardan da 85 iş fikri layihə şəklində qeydiyyatdan keçmişdir. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanmışdı. Nəhayət, Final Mərhələdə gərgin keçən təqdimatlardan sonra 19 layihə qrupunun təqdim etdiyi yeni iş fikirlərindən ən yaxı beşi, qalib komanda olaraq, münsiflər heyəti tərəfindən elan edildi:
1-ci yer: “Alternativ Yanacaq” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri)
2-ci yer: “İwanna” adlı iş fikri qrupu (ATU, T.C. Qazi Universiteti və Qafqaz Universitetinin tələbələri)
3-cü yer: “Hyper Buyer” adlı iş fikri qrupu (Qafqaz Universiteti və BDU-nun tələbələri)
4-cü yer: “Robototexniklər” adlı iş fikri qrupu (ADİU və Qafqaz Universitetinin tələbələri)
5-ci yer: “Gənc Riyaziyyatçılar” adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri)
Müsabiqənin Yekun Proqramında finalada iştirak edən hər bir gənc təşəbbüskar, Qafqaz Universiteti Rekroru və QUTechnopark rəhbərliyi tərəfindən, təklif etdikləri iş fikirlərinin adını daşıyan sertifikatlara layiq görüldülər.
İlk beş yeri tutan iş fikirləri isə 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci dərəcəli diplomlarla təltif edildirlər.
Elan edildiyi kimi, ilk beş yerə layiq görülən iş fikri qrupları təklif etdikləri ideyalarının gerçəkləşdirilməsi üçün 1 il müddətinə QUTechnopark tərəfindən İnkubasiya Mərkəzində ofislə təmin olunacaqlar. Qaliblər Azercell Telekom MMC tərəfindən hədiyyələrlə mükafatlandırıldı
İlk 3 yeri qazanan iş fikri qrupları isə, əlavə olaraq, bir ay müddətində Türkiyə Cümhuriyyəti Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Yıldız Texniki Universitetinin texnoparklarında təcrübə keçmələri təmin olunacaqlar.
Qeyd edək ki, QUTechnopark YFM-ni hər il keçirməyi planlaşdırır.

YFM-nin final mərhələsində Münsiflər Heyəti aşağıdakı tərkibdə idi.

1. prof. Vilayıt Vıliyev - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
Iqtisadi Islahatlar Elmi-Tədqiqat Institutunun direktoru
2. Elmir Vəlizadə - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini
3. İsbəndiyar Əliyev – Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirliyi İnformasiya Cəmiyyəti İnkişafı şöbəsinin rəisi
4. Gültəkin Hüseynova - Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm şöbəsinin müdiri
5. Fəzair Yusifov - SOCAR, Azerikimya İB Layihələr və Perspektiv İnkişaf şöbəsinin rəis müavini
6. Ahmet Yaman - “Azersun Holdinq”-in baş direktoru
7. Əbülfət Rəhmanov - SİNAM şirkətinin direktoru
8. Cəmilə Ömərova - “Embawood “ şirkəti İdarə Heyəti sədrinin müavini
9. Osman Gündüz - “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru
10. Cəsarət Valehli - İctimai Tv, Açıq Dərs proqramının müəllifi və aparıcısı
11. Ceyhun Kərəmov - BP Azərbaycan, Neft-qaz İxtisaslı Kadrların Təkmilləşdirilməsi Proqramının Meneceri (Rəhbəri)
12. Abdullah Tosun - TÜSİAB İdarə Heyətinin üzvü

Yeni Fikir Müsabiqəsi
QUTechnorak qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcəkdir.
YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilib.

Yeni Fikir Müsabiqəsində təlimlər
YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəli təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilmişdir.
Finala vəsiqə qazanan yeni iş fikri qruplarına isə xüsusi yanaşaraq 26-27 Aprel tarixlərində tanınmış təlimçilər tərəfindən seminarlar verildi. Seminar-təlimlər QUTechnopark İnkubasiya Mərkəzində keçirildi.
Əvvəlcə, Qafqaz Universiteti məzunları, hazırda isə StartUp fəaliyyətlərində uğur qazanaraq öz şirkətlərini formalaşdırmış Orxan Əhmədov (MultiBon LLC-nin təsisçisi və direktoru) və onun iş ortağı Coşqun Kərimov finalçı gənclərə “StartUp-çı olmaq nə deməkdir?” mövzusunda seminar verildi.
Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli məqamlardan biri də ortaya çıxarılan yeni ideyaların müvafiq formada təqdim edilə bilinməsidir. Bu istər münsiflər heyəti qarşısında, istərsə də investor marağının cəlb edilməsində mühüm əhəmiyyətə malikdir. Ona görə də finalşılara “Təqdimat bacarıqları” mövzusunda seminarın verilməsi təmin edildi. Bu seminar Azercell Telekom MMC, Əlavə Dəyər Xidmətləri İdarəolunması Şöbəsi Partnyorluq bölməsinin mütəxəssisi Ceyhun Əliyev tərəfindən təqdim edildi.
Hər birindən daha da maraqlı keçən təlimlər növbəti gün Orta Doğu Texniki Universiteti (ODTU) Texnoiparkının vitse-prezidenti, QUTechnopark İdarə Heyətinin üzvü, məşhur təlimçi Dr. Ufuk Batum tərəfindən davam etdirildi. Dr. Ufuk Batumun təqdimatında təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş modeli kimi önəmli məslələr haqqında finalçılar zəruri informasiyalrı əldə etdilər. Hər bir finalçı U. Batum bəylə iş fikirləri haqında ərtaflı müzakirələr apara bildilər.
Təşəbbüskar gənclərə iş fikirlərinin şirkətlə.dirilməsi istiqamətində verilən dəsətklərdən biri də Qafqaz Universitetinin müəllimi, Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin direktoru Odiljon Abdurazzakovun təqdimatında “Biznes-planın hazırlanması” seminarı oldu.
İstər finalçılar, istərsə də digər StartUp-çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarlar QUTechnopark-ın təşkilatçılığı ilə davam etdirildi.
YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün QUTechnopark tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq (İş Mələyi) dəstəyi də təmin edildi.

27 Mayıs 2013 Pazartesi

“Yeni Fikir” Müsabiqəsi uğurla başa çatdı

Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) 25 mart-25 may tarixlərində təşkil etdiyi "Yeni Fikir" Müsabiqəsinin (YFM) final mərhələsi uğurla başa çatıb. 19 layihə qrupunun yarışdığı finalda həm dövlət, həm də özəl sektorun tanınmış mütəxəssisləri münsiflər heyətində yer alıb.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən "QUTechnopark" müdiri İsa Qasımovun sözlərinə görə, istər Qafqaz Universiteti, istərsə də digər təhsil ocaqlarından olmaqla, gənc təşəbbüskarlar tərəfindən YFM-yə 150 komanda yeni iş fikri ilə müraciət edib: "Onlardan 85 iş fikri layihə şəklində qeydiyyatdan keçib. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanmışdı".

19 layihə qrupundan seçilən 5 ən yaxşı

Nəhayət, final mərhələdə gərgin keçən təqdimatlardan sonra 19 layihə qrupunun təqdim etdiyi yeni iş fikirlərindən ən yaxı beşi, qalib komanda olaraq, münsiflər heyəti tərəfindən elan edildi. 1-ci yeri "Alternativ Yanacaq" adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri), 2-ci yeri "İwanna" adlı iş fikri qrupu (ATU, T.C. Qazi Universiteti və Qafqaz Universitetinin tələbələri), 3-cü yeri "Hyper Buyer" adlı iş fikri qrupu (Qafqaz Universiteti və BDU-nun tələbələri), 4-cü yeri "Robototexniklər" adlı iş fikri qrupu (ADİU və Qafqaz Universitetinin tələbələri), 5-ci yeri "Gənc Riyaziyyatçılar" adlı iş fikri qrupu (Qafqaz Universitetinin tələbələri) qazanıb: "Müsabiqənin Yekun Proqramında finalda iştirak edən hər bir gənc təşəbbüskar, Qafqaz Universiteti rektoru və "QUTechnopark" rəhbərliyi tərəfindən təklif etdikləri iş fikirlərinin adını daşıyan sertifikatlara layiq görülüblər. İlk beş yeri tutan iş fikirləri isə 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci dərəcəli diplomlarla təltif ediliblər. Elan edildiyi kimi, ilk beş yerə layiq görülən iş fikri qrupları təklif etdikləri ideyalarının gerçəkləşdirilməsi üçün 1 il müddətinə "QUTechnopark" tərəfindən İnkubasiya Mərkəzində ofislə təmin olunacaqlar. Qaliblər "Azercell Telekom" MMC tərəfindən də hədiyyələrlə mükafatlandırılıb".

İlk 3 yeri qazananlar Türkiyə texnoparklarında təcrübə keçəcəklər

İsa Qasımovun sözlərinə görə, ilk 3 yeri qazanan iş fikri qruplarının əlavə olaraq, bir ay müddətində Türkiyə Cümhuriyyəti Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Yıldız Texniki Universitetinin texnoparklarında təcrübə keçmələri təmin olunacaq. Qeyd edək ki, YFM-nin final mərhələsində Münsiflər Heyətinin tərkibinə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyəti inkişafı şöbəsinin rəisi İsbəndiyar Əliyev, Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova, "SOCAR", Azerikimya İB Layihələr və perspektiv inkişaf şöbəsinin rəis müavini Fəzair Yusifov, "Azersun Holdinq"in baş direktoru Ahmet Yaman, "SİNAM" şirkətinin direktoru Əbülfət Rəhmanov və s. şəxslər daxil idi.

"QUTechnopark" YFM-ni hər il keçirməyi planlaşdırır

İsa Qasımov qeyd edib ki, "QUTechnopark" "Yeni Fikir" Müsabiqəsini hər il keçirməyi planlaşdırır:

"QUTechnorak" qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri də "Yeni Fikir" Müsabiqəsidir. Müsabiqənin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir". Müsabiqədə gələcəkdə də müxtəlif sahələr üzrə (mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcək:

"YFM-nin təmin edilməsi üçün "www.yenifikir.az" elektron veb-səhifəsi də istifadəyə verilib. YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəlif təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilib.

YFM-də finala vəsiqə qazananların innovativ baxışlarının inkişaf etdirilməsi üzrə tədbirlər davam edir

Təşəbbüskar gənclərə iş fikirlərinin şirkətləndirilməsi istiqamətində verilən dəstəklərdən biri də Qafqaz Universitetinin müəllimi, Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin direktoru Odiljon Abdurazzakovun təqdimatında "Biznes-planın hazırlanması" seminarı olub. İstər finalçılar, istərsə də digər "Startup"-çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarlar "QUTechnopark"ın təşkilatçılığı ilə davam etdirilib".

YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün "QUTechnopark" tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq (İş Mələyi) dəstəyi də təmin edilib".

11 Mayıs 2013 Cumartesi

QUTechnopark-ın nümayəndə heyəti “Universitet- sənaye əməkdaşlığının ictimai faydaları” konfrasında iştirak etdi

9-10 May 2013-cü il tarixlərində Türkiyə Cümhuriyyəti Düzcə Universitetində keçirilən ÜSİMP 2013 VI Konqresi “Universitet- sənaye əməkdaşlığının ictimai faydaları” mövzusunda konfras keçirildi.

Konfransda QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) İdarə Heyətinin üzvləri Dr. Şahin Durmaz və Dos. İsa Qasımov (QUTechnopark-ın müdiri) da iştirak etdi.
İki gün davam edən konfransda Universitet-sənaye əməkdaşlığının müxtəlif məqamları müzakirə olundu. Universitetlərdə mövcud olan elmi potensialın sənayenin ninkişafında tətbiqi, eləcə də təlim-tədris prosesində və elmi-tədqiqatların inkişaf etdirilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyəti fərqli müstəvilərdə təhlil edildi. Universitet-sənaye əməkdaşlığında Texnoloji Transfer Ofislərinin mühüm əhəmiyyətindən və onun müxtəlif istiqamətlərindən geniş bəhs edildi. Müzakirələr zamanı bu sahə üzrə müxtəlif universitetlərdən gələn tədqiqatçılar arasında təcrübə mübadiləsi aparıldı.
Konfransdan sonra QUTechnork-ın nümayəndə heyəti Düzcə Universiteti və Kocaeli Universitetinin texnoparkları ilə yaxından tanış oldular.

6 Mayıs 2013 Pazartesi

Gənc Təşəbbüskarlar İş Mələklərindən dəstək alacaqlar


06 May, 2013, Bir qrup iş adamı ilə Qafqaz Universitetində görüş keçirildi. Görüş QUTechnopark-ın həyata keçirdiyi Yeni Fikir Müsabiqəsində (YFM) finala vəsiqə qazanmış 19 layihə qrupunda yer alan gənc təşəbbüskarların ideyalarının gerşəkləşdirilməsinə dəstək məqsədi ilə təşkil edildi.

Əvvəlcə, QUTechnopark-ın missiyası və YFM haqqında iş admalarına məlumat verildi. Sonara isə gənc təşəbbüskarlara necə dəstək vermək lazım olduğu müzakirə olundu.
Görüşdə gənc təşəbbüskarlara dəstək vermək üçün hər bir iş adamının bir layihə qrupuna İş Mələyi (Mentor) təyin edilməsi razılaşdırıldı.
Xatlrladaq ki, İş Mələyi xidməti (mentorluq) dünya təcrübəsində geniş yayılmış metoddur ki, burada təcrübəli iş adamları gənc təşəbbüskarlara öz şirkətlərini formalaşdırarkən necə hərəkət etmələri, hansı problemlərin həllində necə davranmalı və sair kimi məsləhət xidmətləri göstərirlər. Bir sözlə qazanılmış təcrübə ilə gənc təşəbbüskarların daha dinamik inkişafına dəstək verilir.
http://www.qu.edu.az/view_news.php?news=3356&link=&lang=az

3 Mayıs 2013 Cuma

Yeni fikirlər yeni işlərə çevriləcək

Müxtəlif sahələrdə təhsilin inkişafında innovativ yanaşmaları ilə fərqlənən Qafqaz Universiteti texnopark fəaliyyətində də Azərbaycanda yeniliyə imza atdı. Bu məqsədlə iki dəfə Türkiyəyə qrup halında işgüzar səfər edilmişdir ki, bu zaman ODTU, Istanbul Universiteti, Yıldız Texnik Universiteti, Hacıtepe Universiteti, Bilkent Universiteti kimi güclü universitetlərin Texnoparklarında geniş tərkibli müşahidələr aparılmışdır. QUTechnopark formalaşdırılarkən Türkiyə ilə yanaşı, İsveç, Rusiya Federasiyası və ABŞ universitetlərinin texnopark təcrübələrindən də istifadə edilmişdir. Lakin qeyd etməliyik ki, QUTechnopark əsasən ODTU-nin texnopark təcrübəsinə daha çox əhəmiyyət verir.
2013-cü ilin Yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı “QUTechnopark” adlandırıldı. 

Yeni Fikir Müsabiqəsi
QUTechnorak qurulduğu gündən etibarən texnopark ekosisteminin formalaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə fəaliyyətlərdən biri isə Yeni Fikir Müsabiqəsidir (YFM). YFM-nin əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsidir. Müsabiqədə müxtəlif sahələr üzrə (startup ideyasl, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidmət proqramlarl, korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları, istehlakçı elektronikası və s.) yeni iş fikirlərinin inkişafı təmin ediləcəkdir. 
YFM-nin təmin edilməsi üçün www.yenifikir.az elektron veb səhifəsi də istifadəyə verilib.
YFM-ə 150 komanda yeni iş fikri ilə mürəciət edilmişdir ki, onlardan da 85-i layihələşdirilərək qeydiyyatdan keçdi. Müsabiqənin gedişində ilkin qiymətləndirmədən 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazandı. Müsabiqədə 2-ci mərhələ 19-20 Aprel tarixlərində yeni iş fikri müəlliflərinin münsiflər heyəti qarşısında təqdimatla həyata keçirildi və 19 yeni iş fikri finala vəsiqə qazandı.

Yeni Fikir Müsabiqəsində təlimlər
YFM-nin ümumi gedişində hər zaman gənclərə müxtəli təyinatlı görüşlər vasitəsilə yeni ideyaların formalaşdırılması və inkişaf etdirilməsi, eləcə də iş fikirlərinin biznesə çevrilməsinin təmin olunması yolları haqqında təlim və seminarlar verilmişdir.
Finala vəsiqə qazanan yeni iş fikri qruplarına isə xüsusi yanaşaraq 26-27 Aprel tarixlərində tanınmış təlimçilər tərəfindən seminarlar verildi. Seminar-təlimlər QUTechnopark İnkubasiya Mərkəzində keçirildi.
Əvvəlcə, Qafqaz Universiteti məzunları, hazırda isə StartUp fəaliyyətlərində uğur qazanaraq öz şirkətlərini formalaşdırmış Orxan Əhmədov (MultiBon LLC-nin təsisçisi və direktoru) və onun iş ortağı Coşqun Kərimov finalçı gənclərə “StartUp-çı olmaq nə deməkdir?” mövzusunda seminar verildi. 
Yeni fikirlərin yeni işlərə çevrilməsində əhəmiyyətli məqamlardan biri də ortaya çıxarılan yeni ideyaların müvafiq formada təqdim edilə bilinməsidir. Bu istər münsiflər heyəti qarşısında, istərsə də investor marağının cəlb edilməsində mühüm əhəmiyyətə malikdir. Ona görə də finalşılara “Təqdimat bacarıqları” mövzusunda seminarın verilməsi təmin edildi. Bu seminar Azercell Telekom MMC, Əlavə Dəyər Xidmətləri İdarəolunması Şöbəsi Partnyorluq bölməsinin mütəxəssisi Ceyhun Əliyev tərəfindən təqdim edildi.
Hər birindən daha da maraqlı keçən təlimlər növbəti gün Orta Doğu Texniki Universiteti (ODTU) Texnoiparkının vitse-prezidenti, QUTechnopark İdarə Heyətinin üzvü, məşhur təlimçi Dr. Ufuk Batum tərəfindən davam etdirildi. Dr. Ufuk Batumun təqdimatında təşəbbüskarlıq, onun inkişaf etdirilməsi yolları, iş modeli kimi önəmli məslələr haqqında finalçılar zəruri informasiyalrı əldə etdilər. Hər bir finalçı U. Batum bəylə iş fikirləri haqında ərtaflı müzakirələr apara bildilər.
İstər finalçılar, istərsə də digər StartUp-çı gənclərə yeni iş fikirlərinin inkişaf etdirilməsi üçün təlim-seminarlar QUTechnopark-ın təşkilatçılığı ilə davam etdiriləcəkdir.
YFM-də finala vəsiqə qazananlar hazırda yeni iş fikirlərini təkmilləşdirməkdə davam edirlər. Bu məqsədlə həmin iş fikirlərinin gerçəkləşdirilməsi və ideya müəllifi gənclərin həyata olan innovativ baxışlarının inkişaf etdirilməsi üçün QUTechnopark tərəfindən finalçılara informasiya dəstəyi ilə yanaşı, mentorluq dəstəyi də təmin edilir.

Yeni Fikir Müsabiqəsinin qalibləri
YFM May ayının sonuna kimi başa çatacaqdır. Müsabiqələrin nəticələrinə əsasən 5 ən yaxşı iş fikrinin müəllifləri QUTechnopark-ın İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcəklər. Ən yaxşı 3 iş fikirinin müəllifləri isə bununla yanaşı, Türkiyənin qabaqcıl universitetlərindən olan ODTU, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək, bu texnoparkların ekosistemindən istifadə edə biləcəklər.

İnkubasiya Mərkəzində təbbüskarlıq seminarları
Texnoparklarda fəaliyyətlərin əsas başlanğıc və ya yeni iş fikirlərinin formalaşdırılaraq inkişaf etdirilməsində texnoparkın tərkibində fəaliyyət göstrərən inkubasiya mərkəzləri mühüm rol oynayır. İnkubasiya mərkəzlərində fəaliyyətlər innovativ fikirlər əsasında formalaşdırılır və inkişaf etdirilir. İnkubasiya Mərkəzində yeni iş fikirlərinin yeni işlərə çevrilməsi üçün əlverişli mühit formalaşdırlır.
QUTechnopark-ın təsis etdiyi İnkubasiya Mərkəzi fəaliyyətini genişmiqyaslı tutaraq yeni iş fikirlərinin formalaşdırlması, həmçinin yeni iş fikirlərinin yeni işlərə çevrilməsində mühüm rol ala bilmək üçün müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır. Belə layihələrdən biri “təşəbbüskarlıq seminarları”dır. Həfətədə bir dəfə müxtəlif təlimçilər tərəfindən təqdim olunacaq seminarlar gənclər arasında sahibkarlıq yanaşmalarının inkişaf etdirilməsinə xidmət göstərəcəkdir.

http://www.mia.az/news/26317.html

Dos. Isa Qasımov 
QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) müdiri
Telefon: +994 (12) 4482862/66
Faks: +994 (12) 4482861/67
Mobil: +994 050 6808445, +994 055 7680245
E-Poçt: iqasimov@qu.edu.az
URL: http://www.qu.edu.az
Ünvan: AZ 0101, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küç. 120, Qafqaz Universiteti