Müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verən Qafqaz
Universitetinin “QUTechnoparkı” “Təşəbbüskarlıq” seminarlarını davam
etdirməkdədir.
Bu silsiləsindən “Motivasiya: uğur üçün önəmli başlanğıc” mövzusunda
seminarı “Okçu HOMES LDT”nin Azərbaycandakı səlahiyyətli nümayəndəsi,
dünyanın müxtəlif ölkələrindən iş təcrübəsi olan İlyaz Ayaydın təqdim
etmışdir.
Tələbə, magistr və məzunların, eləcə də iş adamlarının iştirak etdiyi
seminarda müxtəlif sahələrdə şöhrət qazanmış insanların həyatında baş
vermiş unikal hadisələrdən bəhs edilmiş, qarşıya qoyulan məqsədə çatmaq
üçün qərarların əhəmiyyəti və yeri haqqında mülahizə və fikirlər xüsusi
marağa səbəb olmuşdur.
Xatırladaq ki, “Təşəbbüskarlıq” seminarları sahibkarlığın inkişafına
dəstək layihəsidir. Layihənin həyata keçirilməsində məqsəd gənclər
arasında təşəbbüskarlıq faktlarını dəyərləndirmək və inkişaf
etdirməkdir.
Həftədə bir dəfə təqdim olunan seminarlar gənclər arasında sahibkarlıq
meyllərinin inkişaf etdirilməsinə xidmət göstərir. Bu seminarlarda hər
kəs iştirak edə bilər.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.
Hiç yorum yok:
Yorum Gönder