9-10 May 2013-cü il tarixlərində Türkiyə Cümhuriyyəti Düzcə Universitetində keçirilən ÜSİMP 2013 VI Konqresi “Universitet- sənaye əməkdaşlığının ictimai faydaları” mövzusunda konfras keçirildi.
Konfransda
QUTechnopark (Qafqaz Universiteti Texnoparkı) İdarə Heyətinin üzvləri
Dr. Şahin Durmaz və Dos. İsa Qasımov (QUTechnopark-ın müdiri) da iştirak
etdi.
İki gün davam
edən konfransda Universitet-sənaye əməkdaşlığının müxtəlif məqamları
müzakirə olundu. Universitetlərdə mövcud olan elmi potensialın sənayenin
ninkişafında tətbiqi, eləcə də təlim-tədris prosesində və
elmi-tədqiqatların inkişaf etdirilməsində universitet-sənaye
əməkdaşlığının əhəmiyyəti fərqli müstəvilərdə təhlil edildi.
Universitet-sənaye əməkdaşlığında Texnoloji Transfer Ofislərinin mühüm
əhəmiyyətindən və onun müxtəlif istiqamətlərindən geniş bəhs edildi.
Müzakirələr zamanı bu sahə üzrə müxtəlif universitetlərdən gələn
tədqiqatçılar arasında təcrübə mübadiləsi aparıldı.
Konfransdan
sonra QUTechnork-ın nümayəndə heyəti Düzcə Universiteti və Kocaeli
Universitetinin texnoparkları ilə yaxından tanış oldular.
Hiç yorum yok:
Yorum Gönder